QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN-nin sözçüsü: “Son 25 ildə Ermənistanın danışıqlardakı strategiyası dəyişməyib”

© Photo : APAХикмет Гаджиев, глава пресс-службы Министерства иностранных дел АР
Хикмет Гаджиев, глава пресс-службы Министерства иностранных дел АР - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyir ki, Cənubi Qafqaz regionunda regional təhlükəsizlik çatışmazlığı var

Hikmət Hacıyev: “Münaqişənin uzanması beynəlxalq ictimaiyyət üçün utancverici haldır”
"Bu gün konseptual şəkildə baxsaq Cənubi Qafqaz regionunda regional təhlükəsizlik çatışmazlığı var". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda keçirilən beynəlxalq ictimai forumda Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib: “Regional təhlükəsizliyin çatışmazlığının kökündə Ermənistanın Azərbaycana qarşı təcavüzü və hərbi işğal faktı durur. 1994-cü ildə atəşkəы sazişi imzalananda mahiyyət bu idi ki, ilk olaraq hərbi işğal faktı aradan qaldırılsın. Ermənistan ötən müddət ərzində atəşkəs rejimindən bu əsnada qəbul edilən sənədlərdən süni şəkildə istifadə etməkdə davam edir”.

“Beynəlxalq ictimaiyyət üçün utancverici haldır ki, indiki dövrdə iki ölkə qoşunları qarşı-qarşıya durublar. Bu ikinci dünya müharibəsini xatırladır. Ötən 25 il ərzində Ermənistanın danışıqlardakı strategiyası dəyişməyib. Ermənistanın strategiyası bundan ibarətdir ki, danışıqlar imitasiya edilsin, mahiyyət olmasın, tərəflərin görüşləri protokol xarakteri daşısın” – deyə o bildirib.

Xəbər lenti
0