Politoloq Tofiq Abbasov

Politoloq: “ABŞ-ın kürdləri silahlandırmasının səbəbi öz maraqlarını qorumaqdır”

76
(Yenilənib 10:12 23.06.2017)
Politoloq Tofiq Abbasov deyir ki, Suriyadakı hazırki vəziyyət nə Rusiyanın, nə də Türkiyənin ürəyincə deyil

Tofiq Abbasov: “Moskva ilə Ankaranın mövqeləri üst-üstə düşür”
İndi Rusiya və Türkiyə arasında yaxınlaşma üçün yeni bir zəmin yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Suriyada artan gərginlik fonunda Rusiya —Türkiyə münasibətlərini şərh edərkən politoloq Tofiq Abbasov deyib.

“Amerika Birləşmiş Ştatları Suriyanın şimalında kürd silahlılarına hazırlıq keçir. Kürdlərin təxminən 300 min silahlısı var. ABŞ onlara ağır silahlar da verir ki, onlar ABŞ və qərb koalisiyasının maraqlarını Suriyada təmin etsinlər. Digər tərəfdən Suriyanın parçalanması üçün şəraiti gücləndirsinlər. Ən sonda isə Bəşər Əsədin getməsini təmin etsinlər”.

“ABŞ-ın Suriya təyyarələrinə hücumları, hökumət qoşunlarının mövqelərini bombardman etməsi Rusiyanın “ürəyincə” deyil. Eyni zamanda, bu, Türkiyənin də maraqlarına uyğun deyil. Ona görə də hesab edirəm ki, Astana prosesində yeni mərhələ başlayacaq. Moskva ilə Ankaranın mövqeləri üst-üstə düşür. Yəqin ki, Astanada yeni bir alqoritmin tapıntısının şahidi olacağıq” — deyə o bildirib.

76
Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov

Professor: “Yeni reallıqlar regional əlaqələrin dərinləşməsini zəruri edir”

9
(Yenilənib 10:16 23.01.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, yeni reallıqlar həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır
Elşad Məmmədov: “İranla iqtisadi əlaqələrimizdə qeyri-neft sektorunun böyük payı olacaq”

Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən texniki, mühəndislik, su, enerji, dəmir yolu və s. sazişlər imzalanıb.

Azərbaycan-İran iqtisadi əlaqələrinin perspektivlərini Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə yeni reallığın yaranmasının şahidi oluruq:

“Bu həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır. Yeni iqtisadi və siyasi reallıqların formalaşması regional əlaqələrin dərinləşməsini zəruri edir. Hesab edirəm ki, bu istiqamətdə çox böyük dəyişikliklərin şahidi olacağıq. İranla iqtisadi əlaqələrimizin dərinləşməsində xüsusən qeyri-neft sektorunun böyük payı olacaq”.  

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9
Adil Qeybulla

Adil Qeybulla: “Vaksinasiya pandemiyanın başa çatmasına xeyli kömək edəcək”

14
(Yenilənib 09:40 22.01.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər
Adil Qeybulla: “Vaksinasiya pandemiyanın başa çatmasına xeyli kömək edəcək”

Artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.

Vaksinasiya prosesini Sputnik Azərbaycan-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, bu, təqdirəlayiq hadisədir:

“Dünyanın bütün sağlamlıq mərkəzləri vaksinasiya prosesinə ciddi şəkildə nəzarət edir. Vaksinasiya prosesindən sonra baş verən bütün hallar qeydə alınır və ümumiləşdirilir. Dünya tarixində bəzi vaxtlarda vaksinasiya prosesində problemlər yaşandığı hamıya məlumdur. Bu baxımdan proses ciddi nəzarət altında saxlanılır. Vətəndaşlar gərək antivaksin kampaniyalarına qoşulmasınlar. Hesab edirəm ki, vaksinasiya prosesi pandemiyanın başa çatmasına xeyli kömək edəcək. Eyni zamanda vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

14
Teqlər:
Azərbaycan, Koronavirus, COVID-19, vaksinasiya, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Facebook, Instagram və WhatsApp tətbiqlərinin loqoları, arxiv şəkli

Nazirlikdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

0
(Yenilənib 13:00 23.01.2021)
"İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur.

BAKI, 23 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur:

"Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər "xidmət" göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu "xidmət"lərindən çox təssüf ki, istifadə edənlər də var.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu "polisazerbaycan" adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər" - məlumatda qeyd edilir.

0