Keçmiş millət vəkili Gülər Əhmədova

Gülər Əhmədova: “Həbsə düşmək həyatın sonu deyil”

401
(Yenilənib 12:10 21.06.2017)
Keçmiş millət vəkili Gülər Əhmədova deyir ki, həbsxanada keçirilən zaman cəmiyyətdə itirilmiş dövr kimi qəbul olunmamalıdır

Şəxsiyyətin inkişafdan qalmaması, eyni zamanda insanın cəmiyyətlə olan təmaslarının kəsilməməsi üçün bütün hüquqlar qorunmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu keçmiş millət vəkili Gülər Əhmədova deyib.

“Həbsxanada keçirilən zaman insan həyatının bir hissəsidir. Heç bir halda cəmiyyətdə həmin vaxt itirilmiş dövr kimi qəbul olunmamalıdır. Dünyada çox sayda tanınmış insan məhkumluq həyatı yaşayıb.  Bu həbs dövründə onların bəziləri ali məktəb qurtarıb, bəziləri də böyük elmi əsərlərin müəllifinə çevriliblər. Həbsxanada həyat bitmir, başqa formaya keçir. Həbsə düşmək həyatın sonu deyil” – deyə o bildirib.

401