Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nigar Arpadarai: “Bu dəfə “Formula 1”də xaricilərə iki dəfə çox bilet satılıb”

© Sputnik / Murad OrujovBakı şəhər Halqası Əməliyyat Şirkətinin təmsilçisi Nigar Arpadarai
Bakı şəhər Halqası Əməliyyat Şirkətinin təmsilçisi Nigar Arpadarai - Sputnik Azərbaycan
Abunə olmaq
Formula-1 Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai deyir ki, bu dəfə də tamaşaçıların marağının çox olacağına əminik

Nigar Arpadarai: “Bütün əməliyyatlarımızı hazır vəziyyətə gətirmişik”
İyunun 23-25-də "Formula 1" Azərbaycan "Qran-prisi"-nin yarışları keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Sputnik Azərbaycana deyir ki, artıq hazırlıq işləri yekunlaşıb: “Biz bütün əməliyyatlarımızı hazır vəziyyətə gətirmişik. Tikinti işlərimiz demək olar ki, yekunlaşıb. Hazırda əsas işlər bulvar ərazisində gedir. Digər tərəfdən könüllülərimiz də, marşallarımız da bütün lazımi təlimləri keçiblər. Artıq bu gündən etibarən yollarda hərəkət də məhdudlaşdırılıb”.

“Bu günlər ərzində son tikinti işlərimizi yekunlaşdıracağıq. Yarışlara maraq çoxdur. Çünki bizim bilet satışlarımız kifayət qədər yaxşı gedir. Keçən illə müqayisədə xarici vətəndaşlara 2 dəfə çox bilet satılıb. Ona görə də əminik ki, bu dəfə də tamaşaçıların marağı çox olacaq” – deyə o bildirib.

Xəbər lenti
0