CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Heydər Əliyev və Gürcüstan” kitabı təqdim edilib

© Photo : APAПредседатель Совета печати АР Афлатун Амашов, фото из архива
Председатель Совета печати АР Афлатун Амашов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, ulu öndərin ilk səfərindən sonra münasibətlərinin inkişafında yeni mərhələnin yaranması bu kitabda kifayət qədər vurğulanır

Əflatun Amaşov: “Şota Rustavellinin qəhramanları bizim üçün də qəhrəmandır”
Azərbaycan Mətbuat Şurası tərəfindən “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Sputnik Azərbaycana deyir ki, “Heydər Əliyev və Gürcüstan” kitabı dəyərli elmi araşdırmaların nəticəsidir: “Ulu öndərin ilk səfərindən sonra Gürcüstan Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələnin yaranması bu kitabda kifayət qədər vurğulanır”.  

“Gürcüstan və Azərbaycan xalqları qonşu xalqlardır. Uzun müddət bir yerdə yaşamışıq. Şota Rustavellinin qəhrəmanları bizim üçün də qəhrəmandır. Eynilə Nizaminin də qəhrəmanları gürcülər üçün qəhrəmandır. Azərbaycan və Gürcüstan münasibətlərindən kifayət qədər danışmaq olar” – deyə o bildirib.  

Xəbər lenti
0