Milli Məclisin deputatı Vahid Əhmədov

Azad iqtisadi zonaların bizə xeyri nədir?

107
Millət vəkili Vahid Əhmədov deyir ki, azad iqtisadi zonaların yaradılması Azərbaycan üçün çox önəmlidir

Vahid Əhmədov: “Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək”
Azərbaycan prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə dair sərəncam imzalayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sputnik Azərbaycana deyir ki, azad iqtisadi zonalar haqqında qanunu parlament çoxdan qəbul edib: “Azad iqtisadi zonaların yaradılması Azərbaycan üçün çox önəmlidir. Bu Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək”.

“Qonşu İranda 10-dan çox azad iqtisadi zona fəaliyyət göstərir. Bu iqtisadi zonalar ona görə vacibdir ki, orada güzəştlər tətbiq edilir” – deyə o bildirib.

107
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

14
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14

Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”

90
(Yenilənib 09:52 26.10.2020)
TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, yumşalmalardan sonra təkrar artımın ola biləcəyi dəfələrlə qeyd edilib
Vasif Əliyev: “Elə edək ki, zabitlərimizi koronavirusa da düçar etməyək”

“Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik”. Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. “Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə mənfi təsir edə bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə keçilə bilər”.

Vasif Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

90
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

48
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

48
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı