Зампредседатель Национального совета телевидения и радио (НСТР) Гафар Джабиев

Azərbaycanda arxeoloqlar növbəti “ilk”ə imza atdı

212
Professor Qafar Cəbiyev deyir ki, Şamaxıda aparılan qazıntılarda alban dövrünə aid kifayət qədər zəngin və rəngarəng çeşidli maddi-mədəniyyət nümunələri qeydə alınıb

Şamaxının Dəmirçi kəndi ərazisində, rayon mərkəzindən 35 kilometr məsafədə, dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerli əhali arasında Gəgəli yaylağı adı ilə tanınan ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub.

Professor Qafar Cəbiyev Sputnik Azərbaycana bildirib ki, həmin ərazidə ilkin arxeoloji tapıntılar yol çəkilişi zamanı təsadüfən aşkarlanıb: “Nekropolun ərazisi 3 hektara yaxın sahəni əhatə edir, dövrü eramızın III əsrinin sonlarına aiddir, başdan-başa daş qutu qəbirlərdən ibarətdir. Biz, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası, 600 kvadratmetrdən artıq sahədə tədqiqatlar apardıq. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirləri aşkar edilib”.

“Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və rəngarəng çeşidli maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar içərisində keramika məmulatı sayca üstünlük təşkil edir. Daş qutu qəbirlərdə şüşə və metal nümunələr də qeydə alınıb. Metal əşyalar içərisində dəmir silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Tədqiq olunmuş 10 və 11 saylı qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri isə həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Bu, hələlik Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış ən qədim parça nümunəsidir” — deyə Qafar Cəbiyev bildirib.

212