SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: “İndi Ərdoğan istənilən partiyanı sərbəst şəkildə tənqid edə bilər”

© Sputnik / Murad OrujovПятидесятое заседание Клуба политологов "Южный Кавказ"
Пятидесятое заседание Клуба политологов Южный Кавказ - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Elxan Şahinoğlu deyir ki, konstitusiya dəyişikliklərindən sonra artıq prezident partiyalı ola bilər

Elxan Şahinoğlu: “İndi Ərdoğan partiya lideri kimi istədiyi müxalifət hərəkatını sərbəst şəkildə tənqid edə bilər”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP-nin sədri seçilib. Politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycana deyir ki, Türkiyə prezidentinin yenidən partiyasının başına keçməsi konstitusiya dəyişiklikləri ilə bağlıdır: “Əvvəlki konstitusiyaya görə prezident partiyalı olmamalı idi. Konstitusiya dəyişikliklərindən sonra artıq prezident partiyalı ola bilər”.

“Vətəndaşlar dəyişikliyə səs verdikdən sonra Ərdoğanın partiyasının başına keçməsinə heç nə mane olmurdu. Bundan sonra o, partiya sədri olan prezident kimi fəaliyyət göstərəcək. Əslində bu özü də elə böyük bir fərq deyil. Ancaq indi partiyasının mövqeyini daha güclü müdafiə edə bilər. Əvvəlki konstitusiyada tərəfsiz olmalı idi. Amma indi partiya lideri kimi də istədiyi müxalifət hərəkatını sərbəst şəkildə tənqid edə bilər” —  deyə o bildirib.

Xəbər lenti
0