Nazim Məmmədov - iqtisadçı-ekspert

İqtisadçi ekspert: “Dollara tələbat artacaq”

73
(Yenilənib 12:04 22.05.2017)
Nazim Məmmədov deyir ki, normal vəziyyətin davam etməsi üçün iqtisadi fəallıq artırılmalıdır

Nazim Məmmədov: “Ölkədə ciddi iqtisadi fəallıq görünmür”
Artıq uzun müddətdir ki, dolların məzənnəsində cüzi artıb-azalmalar istisna olmaqla sabitlik hökm sürür.

İqtisadçı ekspert Nazim Məmmədov Sputnik Azərbaycana deyir ki, adətən bazarda əsas satıcılar Dövlət Neft Fondu və Mərkəzi Bankdır: “Son aylarda daha çox Neft Fondunun vəsaiti satışa çıxarılıb. İxracımızın 94 faizə yaxını neft və neft məhsulları təşkil edir. Ancaq digər sahələr ilə bağlı ixracatımız az olduğuna görə satıcılar azdır”.

“Normal vəziyyətin davam etməsi üçün iqtisadi fəallıq artırılmalıdır. Yay aylarında insanlar xaricə getməyə daha çox üstünlük verirlər. O zaman dollara tələbat artacaq. Əgər ciddi müdaxilə olmazsa, tələbat artdıqca, dolların kursu da azacıq arta bilər. Hazırda ölkədə ciddi iqtisadi fəallıq görünmür” – deyə o bildirib.

73
Siqaret, arxiv şəkli

DİN rəsmisi siqaret çəkməyin qadağan olunduğu məkanları açıqlayır

64
(Yenilənib 14:11 26.11.2020)
Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyir ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır
Elşad Hacıyev: “Bu yerlərdə tütün məmulatlarının istifadəsi qadağandır”

“Tütün məmulatlarının ictimai yerlərdə istifadəsi ilə bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun var. Həmin qanunda harada siqaretdən istifadə oluna biləcəyi göstərilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyib.

“Qanuna istinadən bildirirəm ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır. Pandemiya şəraitində nəzərə alınmalıdır ki, açıq hava məkanlarında – bankomatların qarşısında, dayanacaqlarda, yeraltı və yerüstü keçidlər kimi koronavirus riski daşıyan yerlərdə, harada ki sosial məsafə gözlənilməlidir orada, tütün məmulatlarının istifadəsi qadağandır”, – deyə E.Hacıyev bildirib.

Elşad Hacıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

64
Teqlər:
risk, Koronavirus, epidemiya, COVID-19, icazə, məkan, cərimə, Elşad Hacıyev, qadağa, siqaret çəkmək, tütün məmulatları, siqaret
Политолог Фикрет Садыхов на заседании Клуба политологов

Politoloq: “Baydenin hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”

17
(Yenilənib 00:30 25.11.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatların Avropa münasibətlərini qırılmış hesab etmək doğru olmaz
Fikrət Sadıxov: “ABŞ bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi”

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişellə telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Bayden Brüsselə səfərə dəvət edilib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Tramp prezident olduğu müddətdə ABŞ Avropa münasibətlərini müəyyən dərəcədə gərginləşdirdi: “Avropa Birliyi dünya siyasi məkanında öz siyasi ambisiyalarını həmişə yüksək tutub. ABŞ isə dominant davranışları ilə bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi. Amma ümumilikdə bu münasibətləri qırılmış hesab etmək doğru olmaz. Çünki Trampın prezidentliyi dönəmində tərəflər arasında görüşlər keçirilirdi. Düşünürəm ki, Bayden hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp ABŞ Administrasiyasının Ümumi İşlər üzrə İdarəsinin rəhbəri Emili Merfiyə, həmçinin öz administrasiyasının üzvlərinə növbəti administrasiyaya səlahiyyətlərin təhvil verilməsi üzrə ilkin prosedurlarlarla bağlı "zəruri olan işləri görməyi" tövsiyə edib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Teqlər:
Fikrət Sadıxov, Co Bayden, Avropa Komissiyası, Avropa Şurası, Avropa, ABŞ

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0