Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

Ekspert: “İlin sonuna kimi neft hasilatının azaldılması gündəmdə qalacaq”

38
(Yenilənib 12:28 19.05.2017)
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, OPEC ölkələrinin konfransı öncəsi hasilatın azaldılmasının əleyhinə çıxan olmayacaq

İlham Şaban: “Qiymətin yuxarı qalxması bazara göndərilən müsbət siqnallardan asılıdır”
Hazırda neftin qiyməti 52 dollar ətrafında dəyişir. Çox güman ki, bu qiymət OPEC ölkələrinin Vyana toplantısına qədər qala bilər.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. “Qiymətin yuxarı qalxması bazara göndərilən müsbət siqnallardan asılıdır. Hesab edirəm ki, konfrans öncəsi hasilatın azaldılmasının əleyhinə çıxan olmayacaq. Düşünürük ki, budəfəki konfrans mülayim abı-havada keçəcək”.

“İlin sonuna, hətta gələn ilin martın sonuna kimi hasilatın azaldılmasının davam etdirilməsi və bu kvotaların saxlanılması gündəmdə qalacaq. Bu qərar qəbul edilərsə bazara müsbət təsir göstərəcək, qiymətlərin bir müddət yüksək olmasını təmin edəcək. Ahənglik üst-üstə düşərsə neftin qiymətinin 55 dolları keçməsi problemli olmayacaq” – deyə o bildirib.

38
Sənan Şəfizadə

İdman şərhçisi: “Bu sərəncam çempionatın yüksək səviyyədə keçirilməsinə təkan verəcək”

8
(Yenilənib 21:24 15.04.2021)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib
Sənan Şəfizadə: “Sərəncam yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq”

Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam bu mötəbər yarışın ölkəmizdə yüksək səviyyədə keçirilməsinə təkan verəcək: “Bu sərəncam özündə mühim  məqamları əks etdirir. Bu sərəncam həm də yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq. Qeyd etməliyik ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib. Burada həm də media ilə iş prinsipində də dəyişiklik var”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8

Politoloq: “Bəzi siyasi dairələr Azərbaycanla münasibətlərin inkişafını istəmir”

176
(Yenilənib 21:24 15.04.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycan həmişə Fransa ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub
İlqar Vəlizadə: “Onlar lobinin maraqlarına cavab verən addımlar atırlar”

“Bəli, Fransa separatçıların tərəfində idi və bu, həqiqətdir. Müharibə zamanı bir neçə dəfə bu barədə açıq fikirlərimi bildirmişdim və bu, əlbəttə ki, qeyri-münasib idi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Fransa münasibətləri uzun illərdir inkişaf edir: “Ölkəmiz Fransa üçün regionda ən vacib iqtisadi tərəfdaşdır. Azərbaycan Fransa şirkətlərinin də iştirak etdiyi irimiqyaslı layihələr həyata keçirir. Bu da Avropanın enerji təhlükəsizliyinə böyük töhfədir. Azərbaycan həmişə Fransa ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub. Lakin Fransadakı bəzi təsirli siyasi dairələr bunu istəmirlər. Təəssüflər olsun ki, onlar erməni lobbisinin təsiri altında olan qüvvələrdir. Onlar lobinin maraqlarına cavab verən addımlar atırlar. Belə olan halda münasibətlər ziddiyyyətli fonda inkişaf edir”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

176
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

0
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

0