Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli

Azərbaycanda əlilliyi olan şəxslərin vətəndaş cəmiyyətində fəallığı necədir?

26
Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli deyir ki, respublikanın 6 ali təhsil müəssisəsində əlilliyi olan şəxslər üçün mərkəzlər yaradılıb

Mayın 5-də Sputnik Azərbaycan-ın beynəlxalq mətbuat mərkəzində Azərbaycan Əlil Təşkilatları İttifaqının nümayəndələri əlillərin hüquqlarının təmin olunması ilə bağlı problemləri müzakirə ediblər. Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli Sputnik Azərbaycan-a deyir ki, keçən il ittifaq tərəfindən 3 layihə həyata keçirilib: “Layihələrdən biri Azərbaycanda əlilliyi olan insanların ali təhsil müəssisələrinə inteqrasiyasının təmin edilməsidir. Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilib. Artıq respublikamızın 6 ali təhsil müəssisəsində əlilliyi olan şəxslər üçün mərkəzlər yaradılıb”.

“Həmçinin ittifaq tərəfindən keçirilən digər bir layihədə monitorinqlərin aparılması, əlillər üçün maneəsiz mühitin yaradılması istiqamətində işlər görülüb. Bildiyiniz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial sifarişləri QHT-lərə verir. Bizim təşkilat da yerinə yetirilən layihələrin monitorinqini aparır” – deyə o bildirib. 

26