Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə isə Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, qəbul edilmiş qərar sahibkarlıq fəaliyyətini stimullaşdırmağa yönəlib: “Bu sektorlar ona görə seçilib ki, burada əlavə dəyər yaratmaq mümkündür. Azərbaycan hökumətini əsas hədəfi sahibkarlıq fəaliyyətini canlandırmaqdır. Lisenziya həm maddi, həm də zaman baxımından sahibkarlar üçün yükdür”.
“Lisenziyaların üstünlüyü odur ki, onlar keyfiyyəti təmin etmək baxımından əhəmiyyətlidirlər. Düşünürəm ki, hökumət bu sahədə işi asanlaşdırmaq, sahibkarları stimullaşdırmaq üçün bu məhdudiyyətləri aradan qaldırdı. Amma dünyanın müxtəlif ölkələrində bu məhdudiyyətlər var. Düşünürəm ki, indiki məqamda hökumətin seçdiyi bu prioritet doğrudur” – deyə o bildirib.
“Piyada təhlükəsizliyinin artırılması ilə bağlı həm Bakı Nəqliyyat Agentliyi, həm də müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İctimai TV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
“Lakin piyadaların vurulması və onların ölümü ilə nəticələnən hadisələrin olmaması üçün piyadalar da qarşılıqlı olaraq bu işə fayda verməlidirlər. Piyadalar çoxzolaqlı və hərəkət sürət həddinin yüksək olduğu yollarda qarşı tərəfə müəyyən olunmamış yerlərdən keçməsinlər”.
Qeyd edək ki, bir neçə gün öncə Bakının Sabunçu rayonunda ana və azyaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzası baş vermişdi.
Mais Ağayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.
İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.
Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 23 aprel — Sputnik. "World Car Awards"-un münsiflər heyəti elektrikli heçbek "Volkswagen ID.4"-ü 2021-ci ilin ən yaxşı avtomobili elan edib. Səsvermənin nəticələri müsabiqənin saytında yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla məlumat yayıb.
"Bu böyük qələbə münasibətilə "Volkswagen"-i ürəkdən təbrik edirik. Yalnız üçüncü elektrikli avtomobil (yarış tarixində) bu prestijli mükafatı qazandı!", – deyə təşkilatçılar müsabiqənin "Twitter"-dəki səhifəsində yazıblar.
"Volkswagen"-in əsas rəqibləri "Toyota Yaris" və elektrikli "Honda E" olub. Qalib 798 bal, digər avtomobillər isə müvafiq olaraq 742 və 732 bal toplaylıblar.
Bununla belə, "Honda E" "Ən yaxşı şəhər avtomobili" adına layiq görülüb.
Bundan başqa, "Porsche 911 Turbo" "Ən yüksək performanslı", "Mercedes-Benz S-Class" "Ən dəbdəbli" və "Land Rover Defender" ən yaxşı dizayna malik avtobil kimi mükafata layiq görülüb.
Qeyd edək ki, "World Car Awards"-un versiyasına əsasən, 2020-ci ildə ən yaxşı avtomobil mükafatını "Kia Telluride" qazanmışdı.