Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Nazir müavini: “8 min könüllü hazırlamışıq”

© Photo : APAİntiqam Babayev, Gənclər və idman nazirinin müavini
İntiqam Babayev, Gənclər və idman nazirinin müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Gənclər və idman nazirinin müavini İntiqam Babayev İslam Həmrəylik Oyunları ilə bağlı ciddi təşkilatı işlər görüldüyünü deyir

İntiqam Babayev: “İslam Həmrəylik Oyunları yüksək səviyyədə keçiriləcək”
“İslam Həmrəylik Oyunları ilə bağlı 8 min könüllü hazırlanıb”. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib:

“Biz könüllülərin qarşısına vəzifə qoyuruq ki, siz Azərbaycanın gənc səfirlərisiniz. Avropa oyunları zamanı da könüllülərimiz çox yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdilər. İndi də könüllülərimiz yüksək səviyyədə motivasiya olunub, hazırdırlar”.

“Yarışlarda bizim 16 idman obyektimizdən istifadə olunacaq və onlar Avropa oyunları zamanı tikiliblər. Əminəm ki, bu idman yarışları da yenidən yüksək səviyyədə keçiriləcək” – deyə o bildirib.

Xəbər lenti
0