Hikmət Hacıyev, arxiv şəkli

İslam Həmrəylik Oyunlarını mindən çox yerli xarici KİV izləyəcək

59
Hikmət Hacıyev deyir ki, iştirakçılar və tamaşaçıların sadələşdirilmiş şəkildə vizalarının alınması mexanizmi nəzərdə tutulub

Hikmət Hacıyev: “Ərəb dövlətlərinin 200-dən çox media qurumunun jurnalistləri tədbiri işıqlandırmaq üçün Bakıya gələcəklər”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sputnik Azərbaycana bildirib ki, XİN digər dövlət qurumları ilə əlaqəli şəkildə öhdəliyinə düşən işləri yerinə yetirir: “Tədbirdə iştirak edəcək şəxslərin, o cümlədən tamaşaçıların sadələşdirilmiş şəkildə vizalarının alınması mexanizmi nəzərdə tutulub. Belə ki, akreditasiyadan keçmiş şəxslər çox asanlıqla və vizadan azad olunmuş şəkildə ölkəmizin ərazisinə daxil ola biləcəklər. İslam Həmrəyliyi Oyunları ilə əlaqədar daha da sadələşdirilmiş viza rejiminin tətbiqi nəzərdə tutulub”.

“Çox sevindirici haldır ki, bu oyunları işıqlandırmaq üçün mindən çox yerli və xarici mediya orqanı akreditasiya üçün müraciət edib və bu iş uğurla həyata keçirilib. Xüsusən də ərəb dövlətlərinin 200-dən çox media qurumunun jurnalistlərinin bu tədbiri işıqlandırması üçün digər dövət qurumları ilə əməkdaşlıq etməklə fəaliyyətlərinə tam şərait yaradılacaq” – deyə o bildirib.

59
Mövzu:
IV İslam Həmrəyliyi Oyunları (21)

Ekspert: “Ölkə iqtisadiyyatını qorumaq üçün ciddi addımlar atılacaq”

4
(Yenilənib 09:46 08.08.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, dövlət büdcəsinə ediləcək dəyişikliklər pensiyalara, müavinətlərə və bu qəbildən olan digər sosial ödəmələrə mənfi təsir göstərməyəcək
Fuad İbrahimov: “Azərbaycan pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb”

Dövlət büdcəsində nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bütün dünyada olduğu kimi Azərbaycan da koronavirus pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb:

“Ölkələr iqtisadiyyatı qorumaq üçün monetar və fiskal addımlar atırlar. Azərbaycanda da bununla bağlı olaraq dövlət büdcəsində müəyyən düzəlişlərin aparılacağı gözlənilir. Amma ölkə başçısının da qeyd etdiyi kimi, bu dəyişikliklər pensiyalara, müavinətlərə və bu qəbildən olan digər sosial ödəmələrə mənfi təsir göstərməyəcək”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Müslüm İbrahimov

Professor: “ABŞ-Çin razılaşması bütün dünya üçün önəmlidir”

87
(Yenilənib 10:31 07.08.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, qlobal-siyasi və daxili siyasi proseslər iki ölkənin münasibətlərinə təsir edir
Müslüm İbrahimov: “Pandemiyanın davam etməsi situasiyanı daha da çətinləşdirib”

ABŞ və Çinin iki ölkə arasındakı artan gərginlik səbəbiylə birinci mərhələ ticarət razılaşmasına yenidən baxılacağı bildirilib. ABŞ Ticarət Nümayəndəsi Robert Laythayzer və Çin Baş nazirinin müavini Liu He tərəfindən həyata keçirilən birinci mərhələ sövdələşməsinə dair danışıqların razılaşma canlı yayımlandıqdan altı ay sonra, 15 avqust və ya ətrafında reallaşacağı bildirilib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, sanksiyalar ABŞ-Çin ticarətində disbalansın yaranması ilə nəticələnəcək:

“Pandemiyanın davam etməsi situasiyanı daha da çətinləşdirib. Bu faktor iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Qeyd etməliyik ki, hazırda bu iki ölkənin münasibətləri yaxşı deyil. Münasibətlərə qlobal-siyasi və daxili siyasi proseslər təsir edir. Ticarət razılaşması çərçivəsində keçiriləcək görüşlər tək Çin və ABŞ üçün deyil, eyni zamanda bütün dünya üçün önəmlidir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

87
Avtobus

Üç yüz manat xeyir götürəcəkdi, 15 günlük həbsə düşdü - FOTO

0
(Yenilənib 16:10 08.08.2020)
İcazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına söz verən kişinin heç sürücülük hüququ olmadığı ortaya çıxıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərabaycan-a verilən məlumata görə, qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi də məlum olub. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs

Sürücü Vasif Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və  o, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilərək, cərimə olunublar.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Balakəndə istirahət edənləri polis sıraya düzdü
Əvvəl açıq havadakı restoranlar, sonra rayonlara gediş-gəliş açılacaq
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
Hamam kömək etmədi: uşaq bağçasına görə valideynlər də cəzalandılar
DYP Bakını tərk etmək istəyən sürücülərə xəbərdarlıq edib