Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanda uşaq futbolunun hazırki vəziyyəti necədir?

© Sputnik / Murad OrujovВице-президент ФК "Шахдаг" Рустам Азимов
Вице-президент ФК Шахдаг Рустам Азимов - Sputnik Azərbaycan
Abunə olmaq
“Şahdağ” futbol klubunun vitse-prezidenti Rüstəm Əzimov deyir ki, bizim futbolumuz yüksək səviyyəyə qalxıb

Rüstəm Əzimov: “Hər şey uşaq futbolundan başlayır”
Artıq bir neçə ildir ki, “Dostluq üçün futbol” beynəlxalq sosial uşaq proqramı keçirilir. Proqram uşaq futbolunun inkişafına, gənclər arasında idman və sağlam həyat tərzinin təşviqinə və müxtəlif ölkələrdən olan uşaqların dostlaşması və tolerantlığa yönəlib. Azərbaycan artıq 2-ci ildir ki, bu proqramda iştirak edir.

“Şahdağ” futbol klubunun vitse-prezidenti Rüstəm Əzimov Sputnik Azərbaycana açıqlamasında deyir ki, bizim futbolumuz indi yüksək səviyyəyə qalxıb: “Bizim yığmanın son oyunlarının nəticələrinə baxsaq biz bunu görürük. Ən əsası isə uşaq futboludur. Hər şey uşaq futbolundan başlayır”.

“Şahdağ” futbol klubu ən böyük diqqəti uşaq futboluna ayırır. Çünki biz bilirik ki, uşaq futbolu olmasa, böyük futbol olmayacaq. Biz bunun nəticəsini görürük. Hesab edirəm ki, ölkəmizdə uşaq futbolunun inkişafında xeyli inkişaf var. Bizim klublarımızın avro kuboklardakı çıxışı sübut edir ki, futbolumuz xeyli inkişaf edib” – deyə o bildirib.

Xəbər lenti
0