Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Tramp kimə qarşı sürətlə silahlanır?

© Sputnik / Murad OrujovПолитолог Фикрет Садыхов на заседании Клуба политологов
Политолог Фикрет Садыхов на заседании Клуба политологов - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrət Sadıxov deyir ki, Trampın məqsədi ölkəsinin hərbi potensialını daha da artırmaqdır

Fikrət Sadıxov: “Düşünmürəm ki, Amerikanın bundan sonra silahlanması kiməsə qarşı yönəlib”
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun silahlanmanı artırmaqdan başqa yolu olmadığını bəyan edib. D.Tramp bunu “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Tramp seçkiqabağı bəyanatlarında Amerikanı güclü dövlət edəcəyinə söz vermişdi: “Tramp hesab edir ki, yaranmış vəziyyətdə onun ölkəsinin hərbi potensialı kifayət qədər güclü olmalıdır. Bu özü özlüyündə onun siyasi platformasıdır”.

“Məsələ burasındadır ki, Amerika onsuz da güclü bir dövlətdir. Amerika nüvə silahına malik bir ölkədir. Mən əmin deyiləm ki, bundan sonra silahlanması kiməsə qarşı yönələn bir addımdır. O, bunu seçkiqabağı vədlərinə uyğun olaraq etmək istəyir. Bu daha çox öz seçicilərini təmin etmək məqsədi daşıyır. Çünki Amerikadan güclü dövlət yoxdur”.

Xəbər lenti
0