Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ərdoğan referendumda qalib gəldi, bəs Turkiyə?

© Sputnik / Murad OrujovЭльхан Шахиноглу, политолог, руководитель аналитического центра "Атлас"
Эльхан Шахиноглу, политолог, руководитель аналитического центра Атлас - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şahinoğlu deyir ki, Türkiyə cəmiyyətinin konstitusuya dəyişikliklərinə münasibəti birmənalı deyil

Elxan Şahinoğlu: “Nəticələr Ərdoğanı düşünməyə vadar edir”
Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumun nəticələri açıqlanıb. Referendumda seçicilərin əksəriyyəti prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin genişləndirilməsini dəstəkləyib.

Politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycana deyir ki, referendumdan sonrakı vəziyyətlə bağlı müəyyən proqnozlar verilə bilər: “Məsələ burasındadır ki, dəyişikliklər 2 il sonra qüvvəyə minəcək. Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb, onun səlahiyyətləri artacaq. Buna baxmayaraq, nəticələr onu düşünməyə də vadar edir. Bu o deməkdir ki, Türkiyə cəmiyyətinin konstitusuya dəyişikliklərinə münasibəti birmənalı deyil”.

“Mümkün addımlardan biri ölüm cəzasının yenidən tətbiqi ola bilər. Belə bir ehtimal da var ki, gələcəkdə Avropa Birliyinə üzvlüklə bağlı Türkiyədə referendum keçirilsin. Bu ideyanı da Ərdoğan irəli sürüb. Səlahiyyətləri artırılandan sonra bu məsələni gündəmə gətirə bilər” – deyə o bildirib.

Xəbər lenti
0