Натик Джафарли

Suriyaya atılan raketlər neftin qiymətini qaldıracaqmı?

54
Münaqişənin böyüməsi neft treyderlərini çox ciddi narahat edir, ekspertlər belə qənaətdədirlər

Natiq Cəfərli: “Neftin qiymətinin 50-55 dollardan baha olması ehtimalı çox aşağıdır”
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, geopolitik risklər və Suriyadakı böhran bazar oyunçularının diqqət mərkəzində olan əsas məsələlərdir: “Münaqişə bölgəsinin ətrafında neftlə zəngin ərəb ölkələri var. Onların bazara çox böyük təsirləri var. Münaqişənin böyüməsi, dövlətlər arası münaqişəyə çevrilib ətraf ölkələrə yayılması riski neft treyderlərini və bazarı çox ciddi narahat edir”.

“Hələlik bazar treyderləri riskləri nəzərə alaraq qiymətin kəskin oynamasına imkan vermirlər. Ola bilsin, çox ciddi proseslər baş versin. Təbii ki, bu neftin qiymətinə müvəqqəti də olsa kəskin təsir edə bilər” – deyə o Sputnik Azərbaycana bildirib.

54
Politoloq İlqar Vəlizadə

Politoloq: “Nazirlərin Türkiyə səfəri yeni prioritetlərin müəyyənləşməsinə imkan yaradıb”

5
(Yenilənib 10:15 14.08.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır
İlqar Vəlizadə: “Regionumuzda gərgin vəziyyət davam etməkdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan – Türkiyə münasibətləri bu günlərdə çox sürətlə inkişaf edir:

“İki ölkənin münasibətlərində tarixi yaxınlıq var. Eyni zamanda bizim mövqelərimiz bütün siyasi məsələlərdə üst-üstə düşür. Xarici İşlər və Müdafiə nazirlərimizin Türkiyəyə budəfəki səfəri yeni istiqamətlərin və prioritetlərin müəyyənləşməsinə imkan yaradıb. Hazırda regionumuzda gərgin vəziyyət davam etməkdədir. Bu əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Kənd Təsərrüfatı naziri İnam Kərimov

İnam Kərimov: “Kənd Təsərrüfatı Nazirliyi qarşısında konkret ciddi vəzifələr qoyulub”

63
(Yenilənib 23:47 12.08.2020)
Kənd Təsərrüfatı naziri İnam Kərimov deyir ki, qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir
İnam Kərimov: “Ayrılan vəsait suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”

“Bu il hava şəraitinin quraq keçməsi su çatışmazlığı problemini daha da aktuallaşdırıb. Ona görə də su resurslarından səmərəli istifadə edilməsi əsas vəzifələrdəndir”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində deyib.

“Bu məqsədlə ötən ay Prezident yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədən sonra "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalandı. Həm müşavirədə, həm də Sərəncamda Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti qurumlar qarşısında konkret və ciddi vəzifələr qoyulub. Qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir. Bu texnologiyalar həm su resurslarından səmərəli istifadəyə, həm də fermerlərin daha çox məhsul istehsal etməsinə imkan verir. Bu məqsədlə Prezident müasir suvarma texnologiyalarının və digər kənd təsərrüfatı texnologiyalarının subsidiyalaşdırılması üçün əlavə vəsait ayırıb. Bu vəsait Prezidentin tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əsasən müasir suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”, – deyə nazir İnam Kərimov bildirib.

İnam Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

63
Bakıda Aşura günü, arxiv şəkli

DİN Aşura ilə bağlı əhaliyə müraciət etdi

0
(Yenilənib 18:01 14.08.2020)
Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq

BAKI, 14 avqust — Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən "Aşura" günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.

Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Məhərrəm ayının başlaması avqustun 21-nə təsadüf edəcək
Bakıda qadın on nəfəri cəriməyə saldı
COVID-19 xəstələri həbs edildilər: başqalarını da yoluxdurmaq istəyirmişlər - FOTO
Xəstə şəxs Bakını tərk etmək istəyəndə saxlanıldı