UNEC Elm şöbəsinin müdiri, i.e.d., prof. Zahid Fərrux Məmmədov

Ekspert: “Siqaret bütünlüklə qadağan olunmalıdır”

113
(Yenilənib 11:28 13.04.2017)
Zahid Məmmədov: “Siqaret əleyhinə qanun təcili olaraq qəbul olunmalıdır”

Zahid Məmmədov: “İaşə obyekti ziyan çəkəcək deyə, milyonlarla insanın həyatını təhlükəyə atmaq olmaz”
Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunacağı yerlərin siyahısı açıqlanıb. Bu, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin son variantında əksini tapıb.

İqtisadçı ekspert Zahid Məmmədov deyir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə qapalı məkanlarda siqaretin çəkilməsi bir qayda olaraq qadağandır: “Bu müzakirə mövzusu deyil. Dünyanın heç bir ölkəsində siqaretin çəkilməsinə icazə verilmir. Uşaqların tərbiyəsi, ailənin qorunması üçün vacibdir”.

“Bir iaşə obyekti bundan ziyan çəkəcək deyə, milyonlarla insanın həyatını təhlükəyə atmaq olmaz. Bu qanun təcili olaraq qəbul olunmalıdır. Ümumiyyətlə siqaret bütünlüklə qadağan olunmalıdır” – deyə o bildirib.

113
Mövzu:
Azərbaycanda siqaret qadağası müzakirələri (7)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

12
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Politoloq Ramiyə Məmmədova

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək”

19
(Yenilənib 10:08 29.11.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmür
Ramiyə Məmmədova: “Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”

“ABŞ-ın yeni administrasiyasının hazırkı Prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümid edirik”. Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, yanvarda Bayden hakimiyyəti işə başlayacaq, ancaq bu günə qədər ABŞ hökumətinin İran siyasəti dəyişməz qalır:

“ABŞ geopolitik maraqlarını bütün maraqlarından öndə tutur. Ona görə də Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmürəm. ABŞ bu yaxınlarda İran sərhədlərinin yaxınlığına qırıcı təyyarələr göndərib. Bu o deməkdir ki, İranı hələ də ABŞ təhdidi gözləyir. Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

0
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

0
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla