Дизайнер Мария Оруджова

Moda eksperti: “Dəb sənə yaraşanı geyinməkdir”

67
(Yenilənib 18:47 17.05.2017)
Azerbaijan Fashion Week yarışmasının Təşkilat Komitəsinin üzvü Mariya Orucova bu ilin dəbinin trendlərini açıqladı

Mariya Orucova: “Biz onlara əsaslanıb öz ölkələrimizin trendlərini tərtib edirik”
Havaların istiləşməsi ilə əlaqədar olaraq zərif, eləcə də güclü cinsin nümayəndələrinin qarşısında öz qarderobunu yeniləmək məsələsi dayanır. İnsanların əksəriyyəti yaz qarderobunu yeniləmək, hətta zövqünə və maliyyə imkanlarına görə öz stilini dəyişmək qərarına gəlir.  

Azerbaijan Fashion Week yarışmasının Təşkilar Komitəsinin üzvü Mariya Orucova deyir ki, dəb sənə yaraşanı geyinməkdir: “Trendlərin əksəriyyətini “Milan Fasion week” təqdim edir. Yəni, bir qayda olaraq, hər şey Avropadan gəlir. Digər dizaynerlər öz əlavələrini etsələr belə, əsas məqamları həmişə İtaliya və Fransa təqdim edir. Biz də onlara əsaslanıb öz ölkələrimizin trendlərini tərtib edirik”.

“Cari ilin yaz-yay aylarında açıq və parlaq rənglər daha çox dəbdə olacaq. Bu rənglərin içində daha çox sarı, yaşıl, çəhrayı və digər isti rənglər üstünlük təşkil edəcək” – deyə o bildirib.

67
İlyas Hüseynov

Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”

6
(Yenilənib 14:39 20.09.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır
İlyas Hüseynov: “Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilə bilər”

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlyas Hüseynov Türkiyə prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edib. Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistanla Türkiyə arasında əlaqələrin bərpasını təmin etmiş olacaq: “Dəhlizin açılması iqtisadi fəallığı artırmaqla bölgədə sülhün davamlılığının təmin edilməsinə yönəlib. Təəssüf ki, Ermənistan tərəfi dəhlizin açılmasına tələsmir. Bununla da imzalanmış üçtərəfli bəyanatın tətbiqini çətin vəziyyətdə qoyur. Ola bilsin ki, Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilsin. Əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır. Sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər, ancaq bunun  üçün Ermənistan tərəfinə şərtlər də irəli sürülüb. Hazırda Ermənistan tərəfindən hansısa konstruktiv addımların atılmasını görmürük”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6
İqtisadçı ekspert  - Emin Qəribli

Professor: “Hasilata nisbətən neftə olan tələbat artır”

8
(Yenilənib 17:43 17.09.2021)
UNEC Beynəlxalq İqtisadiyyat Departamentinin dosenti, professor Emin Qəribli deyir ki, pandemiyadan əvvəlki dövrdə neftə tələbatın azalcağı və alternativ enerjinin həcminin genişlənəcəyi ilə bağlı fikirlər səsləndirilirdi
Emin Qəribli: “Bu kəmərlər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq”

"Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan və Azərbaycan qazının Avropaya nəql olunduğu Trans-Adriatik qaz kəməri (TAP) olmasaydı, Avropada qaz qiymətləri daha yüksək olacaqdı. Bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

UNEC Beynəlxalq İqtisadiyyat Departamentinin dosenti, professor Emin Qəribli Sputnik Azərbaycan-a deyir ki, pandemiyadan əvvəlki dövrdə neftə tələbatın azalcağı və alternativ enerjinin həcminin genişlənəcəyi ilə bağlı fikirlər səsləndirilirdi: “Doğrudur ki, alternativ enerjiyə maraq artır. Amma biz eyni zamanda görürük ki, hasilata nisbətən neftə olan tələbat artır. Bu enerji növündən asılılıq hələ də yüksək olaraq qalır. Dünyanın ən böyük qaz yataqları Xəzər hövzəsində yerləşir. Bu regiondan işə düşəcək boru kəmərləri əlbəttə ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq”.

Emin Qəriblinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

8
Azərbaycan HHQ-nə məxsus qırıcı, arxiv şəkli

Türkiyə Azərbaycan hərbi təyyarələri İstanbul səmasında salamlama uçuşu keçiriblər

0
(Yenilənib 15:31 20.09.2021)
Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri bu gün saat 11:00-11:30 arası (Bakı vaxtı ilə 12:00-12:30 arası) İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçiriblər.

Sputnik Azərbaycan Türkiyə səfirliyinin Twitter səhifəsinə istinadla xəbər verir ki, uçuşa 15 təyyarə qatılıb.

Uçuşda Türkiyə Hərbi Hava Qüvvələri donanmasından F-16, F-4, Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 təyyarələri iştirak edib.

Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.

Bu salamlama uçuşu "Teknofest" texnologiya festivalı çərçivəsində baş tutub.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Teknofest" texnologiya festivalında iştirak etmək üçün İstanbuldadır.

0