Hüquqşünas Ələsgər Məmmədli

İnternet medianın məzmununu tənzimləmək mükündürmü?

52
(Yenilənib 16:01 10.04.2017)
Ələsgər Məmmədli: “Əslində intenet medianın məzmununun tənzimlənməsi KİV haqqında qanunla tənzimlənir”

Ekspert yeni dəyişikliklərin gələcəkdə “.az” domeninin fəaliyyətinə yaxşı təsir göstərməyəcəyini deyir
Azərbaycanda ".az" ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyəti qanunvericiliklə tənzimlənəcək. Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, bu qanun yeni layihə olmadığı üçün tək oxunuşda qəbul olunub: “Çünki əlavə dəyişikliklər bir dəfə qəbul olunur və qanun qüvvəyə minir. Düşünürəm ki, o qanuna olan əlavələr qanunun məqsədi ilə uyğun gəlmir. Çünki o qanun texniki bir qanundur və orada məzmunun tənzimlənmə məsələləri gündəmə gəlir. Əslində isə intenet medianın məzmununun tənzimlənməsi KİV haqqında qanunla tənzimlənir”.

“Düşünürəm ki, yeni qəbul edilən dəyişikliklər Azərbaycanda internet azadlığına təhlükə yaradacaq məqamdır. Çünki burada müvafiq icra hakimiyyəti orqanı məhkəmə qərarı olmadan 8 saatdan sonra istədiyi resursu bağlaya biləcək. Halbuki, sizin nəyi düz yazıb-yazmadığınızı hələ heç kim bilmir. Bu dəyişikliklər gələcəkdə “.az” domeninin fəaliyyətinə yaxşı təsir göstərməyəcək” – deyə o, bildirib. 

52
Müslüm İbrahimov

Professor: "Bu ölkə neft bazarında defisit yaratmağa çalışır"

22
(Yenilənib 00:10 17.01.2021)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft bazarındakı vəziyyətə 3 vacib faktor təsir edir
Müslüm İbrahimov: “Neft ilə bağlı OPEC proqnozları çətinləşir”

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) OPEC-in gündəlik neft hasilatına dair proqnozunu açıqlayıb. Cari ildə OPEC-in neft hasilatının sutkada orta hesabla 27,2 milyon barrel olacağı gözlənilir. 2020-ci ildə bu göstərici 25,6 milyon barrel olub.

OPEC proqnozlarını Sputnik Azərbaycan-a şərh edən Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft ilə bağlı OPEC proqnozları çətinləşir:

“Bunun bir neçə səbəbi var. ABŞ-da yeni administrasiyanın fəaliyyətə başlaması dövlət xərclərinin artması ilə nəticələnəcək. Bu proseslə paralel olaraq digər ölkələrdə də iqtisadi canlanma qeydə alınacaq. Hazırda ölkələr ucuz neftin alınmasında maraqlıdır. Digər faktor Səudiyyə Ərəbistanının makro-iqtisadi vəziyyəti ilə bağlıdır. Bu ölkə hasilatı azaltmaqla bazarda defisit yaratmağa çalışır. Ən mühüm təsiredici amillərdən biri də dünya miqyasında vaksinasiya prosesinin intensivləşməsidir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

22
Teqlər:
OPEC, ABŞ, Səudiyyə Ərəbistanı, defisit, bazar, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü

Millət vəkili: “Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik”

16
(Yenilənib 09:38 16.01.2021)
Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq
Naqif Həmzəyev: “Baş verənlər Azərbaycanən xeyrinədir”

“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:

“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.

Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Teqlər:
Türkiyə, sülh, qələbə, region, Naxçıvan, Azərbaycan, Qarabağ
Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

0
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

0