Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Rusiya Türkiyədən çox şey gözləməli deyil”

Abunə olmaq
Yılmaz Altunsoy: “İki ölkə arasında münasibətlər keçmişlə müqayisədə indi daha yaxşı səviyyədədir”

Yılmaz Altunsoy: “Rusiya Türkiyədən tam olaraq onun nüfuz dairəsinə girməsini gözləməli deyil”
Son vaxtlar Türkiyə-Rusiya münasibətlərində yaşananlar regional proseslərin inkişafına öz təsirini göstərir. Yaxın Şərqdəki gərgin vəziyyət, iğtişaşlar, terror təhlükəsi, Amerikanın və Avropa dövlətlərinin bu regiondakı maraqları Türkiyənin daxili və xarici siyasətindəki addımlarına da təsirsiz ötüşmür.

Türkiyəli araşdırmaçı və politoloq Yılmaz Altunsoy Sputnik Azərbaycana deyir ki, iki ölkə arasındakı münasibətlər 1 il ərzində özünün həm ən pis, həm də ən yaxşı dövrünü yaşadı: “Rus təyyarəsinin vurulmasından sonra korlanan münasibətlər hadisənin Qərb dövlətlərinin təxribatı nəticəsində baş verdiyi anlaşıldıqdan sonra yenidən öz axarına qayıtdı. Hazırda Türkiyə-Rusiya münasibətləri Türkiyənin yeritdiyi balanslaşdırılmış siyasət nəticəsində keçmişlə müqayisədə daha yaxşı səviyyədədir”.

“Bu il Türkiyə Rusiyadan 5 milyon turistin gələcəyini gözləyir. Həmçinin Rusiya ilə enerji sahəsində qurulan əlaqələr, Rusiyanın Suriyada Türkiyəyə göstədiyi dəstək inkişaf edən xətt üzrə davam etməkdədir. Ancaq Rusiya Türkiyədən tam olaraq onun nüfuz dairəsinə girməsini gözləməli deyil. Çünki Türkiyə öz mövcud olduğu regionda bir qütb təşkil edir" — deyə o bildirib.

Xəbər lenti
0