Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Deputat: “İnformasiyanın yerləşdirilməsi icazə ilə olmalıdır”

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Fazil Mustafa deyir ki, konkret olaraq hərbi vəziyyət rejimi tətbiq olunarsa, informasiyanın yerləşdirilməsi icazə ilə olmalıdır

Fazil Mustafa: “Mülki xarakterli hər hansı informasiyanın yerləşdirilməsində problem yoxdur”
Azərbaycanda ".az" ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyəti qanunvericiliklə tənzimlənəcək. Bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik təklif edilir.  

Millət vəkili Fazil Mustafa deyir ki, hərbi vəziyyət rejimi tətbiq olunarsa, informasiyanın yerləşdirilməsi icazə ilə olmalıdır: “Burada “hərbi senzura” ifadəsi işlənib, hərçənd ki, biz buna qarşıyıq. İnformasiyalar hərbi komendantın, hərbi vəziyyətə məsul şəxslərin razılığı ilə yayılmalıdır. Çünki bu düşmən üçün hər hansı bir addımın atılmasına səbəb ola bilər. Məsələnin mahiyyəti budur. Yoxsa burada senzura, qadağa, hər hansı fikir məhdudiyyətindən söhbət gedə bilməz”.

“Hər halda, hərbi rejimin mahiyyətinə zidd ola biləcək informasiyalardan söhbət gedir. Mülki xarakterli hər hansı informasiyanın yerləşdirilməsində problem yoxdur. Hərbi məzmunda olan informasiyalara daha çox diqqət yetirilir” – deyə o bildirib.

Xəbər lenti
0