Millət vəkili Musa Quliyev

Vətəndaşlar minimum pensiya almaq hüququnu necə qazana bilər?

334
(Yenilənib 11:09 29.03.2017)
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev "Əmək pensiyaları haqqında" qanunda dəyişiklikləri Sputnik Azərbaycan-a şərh edib

Deputatın sözlərinə görə, şəxsin 65 yaşı tamam oldusa, onun yığdığı pensiya kapitalı minimum 110 manata çatırsa, pensiya almaq hüququ qazanır
"Əvvəlki qanunda 12 il iş stajı tələb olunurdusa, indi bu, aradan qaldırılır. Sadəcə pensiya hüququ qazanmaq üçün Dövlət Sosial Müdafiə Fonduna yığdığı kapitalın 110 manata çatması bəs edir ki, onu alsın. Şəxsin işlədiyi dövrdə DSMF-yə ödənişlər, təxminən 16 min manata qədər olmalıdır ki, minimum pensiya almaq hüququ qazansın. Bunun iş stajına aidiyyəti yoxdur".  

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev "Əmək pensiyaları haqqında" qanunda dəyişiklikləri Sputnik Azərbaycan-a şərh edərkən belə deyib. "35 il iş stajı yalnız ona görə lazımdır ki, o şəxs 80 faizlə pensiya alsın. Əmək haqqının 80 faizi ilə pensiya almaq iddiası yoxdursa, ona az staj da kifayət edir" — M. Quliyev bildirib.

Onun sözlərinə görə, şəxsin 65 yaşı tamam oldusa, onun yığdığı pensiya kapitalı minimum 110 manata çatırsa, pensiya almaq hüququ qazanır. Deputat qeyd edib ki, həkim və müəllimlər ümumi qaydada 65 yaşı tamam olanda pensiya alacaqlar: "Belə ki, kişilərin yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq. Bunlar polis və hərbi qulluqçulara şamil olunmur və onlar əvvəlki qaydada pensiyalarını alacaqlar".

334
Qurban Qurbanov, arxiv şəkli

Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”

20
(Yenilənib 16:01 22.10.2020)
“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyir ki, futbolçuları oyuna motivasiya etməyə çalışırıq
Qurban Qurbanov: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var”

“Rəqibimizin Çempionlar Liqasında həm Belarusun “Dinamo” (Brest), həm də Avstriyanın “Zaltsburq” komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib.

O bildirib ki, rəqibin hansısa futbolçusunu fərqləndirmək istəmir: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var. Hazırda Qarabağda müharibə getdiyi üçün fikrimiz Azərbaycan əsgərlərinin yanındadır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Biz də futbolçularımızı oyuna motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni etməyə çalışırıq”.

Qeyd edək ki, bu gün “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qurban Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

20
Politoloq İlqar Vəlizadə

Politoloq: “Vaşinqton görüşü Minsk qrupunun sonrakı fəaliyyətinə təsir edə bilər”

44
(Yenilənib 10:22 22.10.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli üçün təsirli rola malikdir
İlqar Vəlizadə: “ABŞ öz rolunda düzəlişlər etmək niyyətindədir”

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ münaqişənin gərgin mərhələsində öz rolunu dəqiqləşdirmək və düzəlişlər etmək niyyətindədir:

“Mayk Pompeo Ceyhun Bayramovla cari vəziyyəti və birgə addımların atılması haqqında müzakirələr aparacaq. ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli üçün təsirli rola malikdir. Bu görüş Minsk qrupunun sonrakı fəaliyyətinə də müsbət təsir edə bilər”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

44
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Makron Putinə zəng etdi: Mövzu Qarabağdır
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"