Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Adil Əliyev: “Hazırlığımız yüksək səviyyədədir”

© Photo : REPORTAzərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev
Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili, Azərbaycan Kikboksinq federasiyanın prezidenti Adil Əliyev deyir ki, ölkəmiz İslam Həmrəyliyi Oyunlarına tam hazırdır

Adil Əliyev: “Avropa oyunlarından sonra İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirməyə nail olacağıq”
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının başlamasına iki ay qalır.  

Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Sputnik-ə bildirib ki, Azərbaycan bu oyunlara yaxşı hazırlaşıb: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarına hazırdır. Həm ev sahibi kimi, həm idmançıların hazırlıq səviyyəsi baxımından, yarışların keçirilməsinə yaradılan şərait baxımından hər şey yüksək səviyyədədir”.

“Avropa Oyunlarının keçirilməsindən sonra Azərbaycan könüllülərin iştirakı, həmçinin qurğuların, arenaların hazırlıq vəziyyətinə gətirilməsi baxımından  İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçirilməsinə də nail olacaq” – deyə o bildirib.

Xəbər lenti
0