Novruz Qartal

Aktyor: “Bizim teatrda boş yer olmur”

145
(Yenilənib 16:59 06.03.2017)
Novruz Qartal: “Teatrımızda iki yeni tamaşa qoyulacaq”

Azərbaycanda milli musiqili komediya janrı XX əsrin əvvəllərində yaranıb. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir.

Musiqi Teatrın aktyoru, respublikanın əməkdar artisti, prezident mükafatçısı Novruz Qartal deyir ki, Musiqi Teatrın tamaşaları o qədər anşlaqla keçir ki, teatrda boş yer tapmaq olmur: “İndiki şəaritdə bizim teatra axın digərlərinə nisbətən daha çoxdur. Çünki bizim teatrda repertuar daimi olaraq yenilənir”.

“Teatrın repertuarına iki yeni tamaşa qoyulacaq. Teatr qızğın iş rejimində çalışır. Tamaşaçılarımız da çox olur, onların gəlişindən narazı deyilik. Zal hər zaman dolu olur” — deyə o bildirib. 

145