ELM

Ekoloq: “Qlobal istiləşmə Azərbaycana mənfi təsir göstərməyəcək”

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Долгосрочные и краткосрочные изменения климата и их влияние на Азербайджан"
Пресс-конференция на тему Долгосрочные и краткосрочные изменения климата и их влияние на Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Telman Zeynalov hesab edir ki, yeni yaranmış ölkələrin bazarını ələ keçirmək üçün Qərb dövlətləri qolbal istiləşmə amilindın istifadə edirlər

Telman Zeynalov: “Qərb dövlətləri qolbal istiləşmə oyununu ortalığa atıblar”
Son vaxtlar tez-tez planetimizdə qlobal istiləşmədən asılı olmayaraq, iqlim dəyişikliklərinin müşahidə edildiyi barədə mülahizə irəli sürülür. Ekoloqlar bununla bağlı iki əsas versiya üzərində dayanırlar: qlobal istiləşmə və qlobal soyuqlaşma.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyir ki, SSRİ dağılandan sonra yeni yaranmış ölkələrin bazarını ələ keçirmək üçün Qərb dövlətləri qolbal istiləşmə oyununu ortalığa atıblar: “Bunlar çirkin siyasi, iqtisadi oyunlardır. Digər dövlətlərin inkişafına mane olaraq, öz bazarlarını yaratmaq məqdəsi daşıyır”.

“Bəzi alimlər, ziyalılar bu oyunun parçasına çevrilib. Qlobal istiləşmədə quraqlıq baş verir, yağıntıların miqdarı minimuma enir. Onları heç biri Azərbaycana mənfi təsir göstərməyəcək. Dünyada olan 11 iqlim qurşağından 9-u Azərbaycan ərazisində yerləşir” — deyə o bildirib.

Xəbər lenti
0