Политолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан

Ermənistan Xocalı soyqırımı ərəfəsində qəsdən təxribatlar törədir

48
Politoloq: “Ermənistanın belə təxribatlarının arxasında müxtəlif səbəblər var”

Fikrət Sadıxov: “Azərbaycan hadisələrin qurbanı kimi çıxış etməyəcək”
ATƏT-in Minsk Minsk Qrupunun həmsədrləri təmas xəttində baş verən toqquşma ilə bağlı bəyanat yayıblar. Bəyanatda qeyd edilir ki, həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə və güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə çağırıb.

Politoloq Fikrət Sadıxov deyir ki, Ermənistanın belə təxribatlarının arxasında müxtəlif səbəblər var: “Ermənilər sülh danışıqlarından yayınır. Çünki danışıqlar onlara sərf etmir. Digər səbəb isə yaxın vaxtlarda keçiriləcək seçkilərdir. Onlar sıravi erməni vətəndaşlarına özlərini qoruyucu kimi təqdim etmək istəyirlər”.

“Azərbaycan 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. Artıq bu hadisələrin şahidi və qurbanı kimi çıxış etməyəcək. Belə təxribatlara qarşı güclü zərbələr endirəcək. Əsas reallıqlar budur” — deyə o bildirib.

48