Самир Алиев, экономист

Neftin taleyi FED-in qərarından asılı olacaq

108
Samir Əliyev: “Azərbaycanda manatın məzənnəsini bazar tənzimləmir”

Samir Əliyev: “Uçot dərəcələrinin artırılması iqtisadi aktivliyə təsir göstərir”
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib. Bu barədə təşkilatın iki gün davam edən iclasının yekunlarına dair məlumatda deyilir.

İqtisadçı ekspert Samir Əliyev deyir ki, FED uçot dərəcələrini qaldırmaqda maraqlı deyil: “FED uçot dərəcələrini qaldırmağa məcburdur. Uçot dərəcələrinin artırılması iqtisadi aktivliyə təsir göstərir. Əvvəlki illərin təcrübəsi də göstərir ki, FED bir qayda olaraq qərarlarını dəyişir”.

“FED-in qarşısında əsas məqsəd iki faizlik infilyasiyadır. Azərbaycanda manatın məzənnəsini bazar tənzimləmir. 2016-cı ilin dekabrında  FED uçot dərəcəsini qaldıranda bu özünü göstərdi. Uçot dərəcəsinin qalxması əmtəə bazarına təsir edəcək, neftin qiyməti ucuzlaşacaq” — deyə o bildirib. 

108
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev

Mais Ağayev: “Piyadalar bu işə fayda verməlidirlər”

27
(Yenilənib 16:37 21.04.2021)
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyir ki, piyadalar çoxzolaqlı və hərəkət sürət həddinin yüksək olduğu yollarda qarşı tərəfə müəyyən olunmamış yerlərdən keçməsinlər
Mais Ağayev: “Piyada təhlükəsizliyinin artırılması ilə bağlı zəruri addımlar atılır”

“Piyada təhlükəsizliyinin artırılması ilə bağlı həm Bakı Nəqliyyat Agentliyi, həm də müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İctimai TV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

“Lakin piyadaların vurulması və onların ölümü ilə nəticələnən hadisələrin olmaması üçün piyadalar da qarşılıqlı olaraq bu işə fayda verməlidirlər. Piyadalar çoxzolaqlı və hərəkət sürət həddinin yüksək olduğu yollarda qarşı tərəfə müəyyən olunmamış yerlərdən keçməsinlər”.

Qeyd edək ki, bir neçə gün öncə Bakının Sabunçu rayonunda ana və azyaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzası baş vermişdi.

Mais Ağayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

90
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

90
Teqlər:
klublar, UEFA, futbol
Zaur Baxşəliyev

Tanınmış aparıcı verilişinin bağlanmasını Hüseynbala Mirələmovu lağa qoydu - VİDEO

0
(Yenilənib 13:49 22.04.2021)
Görüntülərdə o, "Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları" deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.

BAKI, 22 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin yayımı bir günlük dayandırılmışdı.

Sputnik Azərbaycan xəbər verir ki, aparıcı Zaur Baxşəliyev "Instagram" hesabında video paylaşıb. Videoda ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntülərini və verilişinin bağlanmasını məsxərəyə qoyan aparıcı izləyicilərin gülüşünə səbəb olub. Görüntülərdə o, "Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları" deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.

Barəsində danışdığımız video izləyicilərin gülüşünə səbəb olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ZAUR GUNAY (@zaur_gunay)

Xatırladaq ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxış etməsi ictimaiyyətdə geniş rezonansa səbəb olub. Milli Televiziya və Radio Şurasının qərarı ilə verilişin yayımı bir günlük dayandırılaraq ATV telekanalı dörd min manat məbləğində cərimələnib.

0
Teqlər:
video, veriliş, teleaparıcı