Yazıçı Rehyan Şıxlinskaya

Yazıçı: “Uşaq ədəbiyyatı sahəsində problemlərimiz var”

79
(Yenilənib 17:06 16.02.2017)
Reyhan Yusifqızı: “Yeni müasir yazıçılara ehtiyyac böyükdür”

Reyhan Yusifqızı: “Azərbaycan dilində olan kitabların dizaynı zəifdir”
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən azyaşlı və məktəbli oxucuların mütaliəsini artırmaq, ölkəmizdəki dövlət kitabxana fondlarının uşaq ədəbiyyatı nümunələri ilə zənginləşməsini təmin etmək məqsədilə “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi nəşr olunub. Yazıçı Reyhan Yusifqızı deyir ki, Azərbaycan uşaq ədəbiyyatı sahəsində problemlər var: “Bu səbəbsiz deyil. 70 illik əlifbamızın dəyişməsi bizi ədəbiyyatımızdan ayrı saldı. Bizim uşaq ədəbiyyatı sahəsində formalaşmış ədəbi məktəbimiz olsa da, yeni kitablara və müasir yazıçılara ehtiyyacımız var”.

“Atalar və oğullar” problemi hər zaman olub. Keçid dövründə bu daha da dərinləşdi. Bütün bunlara baxmayaraq müasir şair və yazıçılarımız yazıb-yaradırlar. Nəzərə almalıyıq ki, indiki oxucu başqadır. Vəziyyət getdikcə düzəlir, yeni kitablar yazılır və Azərbaycan dilində olan kitabların sayı artır” — deyə yazıçı bildirib.

Reyhan Yusifqızı hesab edir ki, Azərbaycanda uşaqlar üçün nəzərdə tutlan kitabların tərtibatının daha cəlbedici olması haqqında fikirləşmək lazımdır. “Bizim kitabların dizaynı geridə qalır. Azərbaycan dilində olan kitabların üz qabığı dizaynı dünya standartları ilə ayaqlaşa bilmir. Kitabın üz qabığı onun vizit kartıdır. Həmçinin, tərcümə kitablarındakı qüsürlarda bu sahədə olan problemlərdən biridir. Kitablar uşaqların həyatını bəzəyir. Biz onlara bunu verməliyik” — deyə yazıçı bildirib. 

79

Professor: “Kripto valyutaya etibar yoxdur ən etibarsız valyutadır”

11
(Yenilənib 11:17 20.04.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, kripto valyuta ətrafında belə gərgin vəziyyətin yaranacağı təsəvvür edilmirdi
Professor: “Kripto valyutaya etibar yoxdur və ən etibarsız valyutadır”

Türkiyə Mərkəzi Bankı ölkə ərazisində kriptovalyutanın maliyyə əməliyyatlarında qadağan edilməsi barədə qərar verib. Müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a  deyir ki, kripto valyutaların dövriyyə buraxılması elektron pulların dövriyyəyə buraxılması kimi qiymətləndirilmişdi:  “Prosesin bu cür sürətli davam etməsindən sonra kimsə kripto valyuta ətrafında belə gərgin vəziyyətin yaranacağını təsəvvür etməzdi. Bu gün kripto valyutanın nə üçün dövriyyəyə buraxılması qeyri-müəyyəndir. Hazırda kripto valyutaların milli valyutalara təzyiqi olduğunu qeyd etməliyik. Mənim fikrimcə kripto valyutaya etibar yoxdur və bu ən etibarsız valyutadır. Çünki onu dövriyyəyə buraxan tərəf üzərinə hər hansı məsuliyyət götürmür”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov

Qismət Gözəlov: “Media sahəsində əməkdaşlıq vacib istiqamətdir”

12
(Yenilənib 21:23 15.04.2021)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov deyir ki, indiyə qədər təşkilat çərçivəsində bu sahədə əməkdaşlıq üzrə 4 sənəd imzalanıb
Qismət Gözəlov: “Bu sahənin nə qədər vacib olmasına Vətən müharibəsində şahid olduq”

“Türk Şurası Media və İnformasiya nazirləri və qurum rəhbərlərinin 3-cü iclasının Bakıda keçirilməsi təşəbbüsü təşkilata sədrlik edən Azərbaycan tərəfindən irəli sürülmüşdü”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov deyib.

“Məqsəd üzv ölkələr arasında işbirliyi mexanizmini daha da möhkəmləndirməkdən ibarət idi. İndiyə qədər təşkilat çərçivəsində bu sahədə əməkdaşlıq üzrə 4 sənəd imzalanıb. Ümumiyyətlə media sahəsində əməkdaşlıq üzv ölkələr üçün vacib istiqamətdir. Bu sahənin nə qədər zəruri və vacib olmasına 44 günlük Vətən müharibəsində şahid olduq. Düşünürəm məhz bunun nəticəsi idi ki, iki ölkə arasında media platforması quruldu. Digər tərəfdən də məqsəd məhz bu əməkdaşlıq ruhunu, bu dinamizmi digər ölkələr arasında da inkişaf etdirməkdən ibarətdir. İclasın yekunlarına gəlincə isə, üzv ölkələrimiz arasındaki mövcud əməkdaşlıq mexanizmi daha da gücləndirilərək, Koordinasiya Şurası yaradıldı, 2021-2022-ci illər üzrə Fəaliyyət Planı qəbul edildi” – deyə Qismət Gözəlov bildirib.

Qismət Gözəlovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Peyvənd olunanların sayı açıqlandı

0
(Yenilənib 16:55 20.04.2021)
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213 nəfərə çatıb.

 

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14830 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4849 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452997 təşkil edir.

0
Teqlər:
peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya