Vergi qanunvericiliyi sahəsində mütəxəssis Radil Fətullayev

Xaricdən mal idxal edənlər üçün növbəti yaşıl işıq

834
(Yenilənib 15:42 07.02.2017)
Radil Fətullayev: “Satıcı və alıcılar rahat şəkildə öz əməliyyatlarını rəsmiləşdirə biləcəklər”

Radil Fətullayev: “Şəffaflığa gətirib çıxaran bir dəyişiklik elektron qaimə-fakturanın tətbiqi ilə bağlıdır”
Ötən il Vergilər Məcəlləsində edilən dəyişikliklər artıq qüvvəyə minir. Müşahidəçilərin fikrincə, vergi qanunvericiliyinin liberallaşdırılması kiçik və orta sahibkarlığın dinamik inkişafına təkan verəcək.  

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədrinin müavini, vergi qanunvericiliyi sahəsində mütəxəssis Radil Fətullayev deyir ki, əslində bu dəyişikliklər gözlənilən idi: “Çünki sahibkarların fəaliyyəti zamanı müəyyən problemlərin olduğunu görürdük və bu, hələ də davam edir. Hesab edirik ki, məcəllədə olan dəyişikliklər qüvvəyə minəndən sonra bunlar yavaş-yavaş aradan qalxacaq”.

“Bunlardan ən birincisi, şəffaflığa gətirib çıxaran bir dəyişiklik elektron qaimə-fakturanın tətbiqi ilə bağlıdır. Bu, qonşu ölkələrdə artıq tətbiq olunurdu və biz də bunu gözləyirdik. Bununla bağlı ticarətçilər, istehsalçılar və xüsusən də xaricdən mal idxal edən müəssisələr böyük çətinliklə qarşılaşırdılar. Onlar istəmirdilər ki, öz alışları görsənsin və beləliklə, vergidən yayınma halı baş verirdi. Bu halın aradan qaldırılması üçün elektron qaimə-fakturanın tətbiqi ilə yanaşı malları alan zaman alış sənədinin olmaması ilə bağlı cərimələr də tətbiq olunur”, — deyə o bildirib.

834
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov

Ekspert: "Ölkəmizin turizm sektorunda tənəzzülün yaşandığı görünür"

14
(Yenilənib 09:40 11.07.2020)
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, birinci mərhələdə daxili turizmin potensialının artırılması nəzərdə tutulur
Azər Allahverənov: “Azərbaycan hökuməti vacib addımlar atmaq niyyətindədir”

“Azərbaycanda pandemiya şəraitində tuzim sektorunun qorunması məsələsi aktual olaraq qalır”. Bunu Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

Ekspert bildirib ki, pandemiya iqtisadiyyatın bir çox sahələrinə təsir göstərib, ancaq ən böyük mənfi təsirlə turizm sektoru üzləşib: “Ölkəmizdə bu sahədə tənəzzülün yaşandığı görünür. Bununla bağlı Azərbaycan hökuməti vacib addımlar atmaq niyyətindədir. Birinci mərhələdə daxili turizmin potensialının artırılması nəzərdə tutulur. İkinci mərhələdə isə diqqət xarici turizmə yönəlməlidir. Bura həm gəlmə, həm də getmə turizmi ilə bağlı məsələlərin həlli daxildir”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mövcud vəziyyəti nəzərə alaraq turizm şirkətlərinin koronavirus pandemiyası (COVID-19) dövründə fəaliyyətini tənzimləyəcək metodiki göstərişlərdən ibarət xidmət prosedurunu hazırlayıb.

Azər Allahverənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

14
Əlaqədar
Ciddi böhranın ayaq səsləri eşidilir – Amma bu dəfə heç nə bizdən asılı deyil
Hamı imdad diləyir – Bəzilərinə icazə verilsə də, qalanı evdə gözləyir
Haradan haraya! Balaxanı bu dəfə də yeni turizm məkanı kimi
Turizm şirkətləri pandemiyada belə fəaliyyət göstərəcək
“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik

Ekspert: “AQTA şəffaflığın təmin edilməsi üçün bu amili nəzərə almalıdır”

36
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, standartlara uyğun olmayan yerlər bağlanmamalı, dövlət dəstəyi ilə qanuna uyğun şəkildə fəaliyyət göstərə bilməlidir
Eyyub Hüseynov: “Biznes qurumlarının fəaliyyət göstərməsinin tərəfdarıyıq”

AQTA əməkdaşları tərəfindən 21 may-05 iyul 2020-ci il tarixlərində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 876 turizm və otelçilik, 7 099 ictimai iaşə obyekti, 9 023 ərzaq satışı mağazası olmaqla ümumilikdə 16 998 müəssisədə reydlər keçirilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, pandemiya şəraitində AQTA-nın apardığı reydlər çox vacibdir:

“Təəssüf ki, reydlərə jurnalistlər və QHT-lər cəlb edilmir. Şəffaflığın təmin olunması baxımından bu amil önəmlidir. AQTA işini elə qurmalıdır ki, standartlara uyğun olmayan yerlər bağlanmasın, dövlət dəstəyi ilə qanuna uyğun şəkildə fəaliyyət göstərə bilsinlər. Biz biznes qurumlarının fəaliyyət göstərməsinin tərəfdarıyıq”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

36
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0