ATƏT işğalçı və işğala məruz qalan arasında bərabərlik işarəsi qoyur

© Sputnik / Murad OrujovElman Nəsirov, millət vəkili, politoloq
Elman Nəsirov, millət vəkili, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Elman Nəsirov: “Minsk Qrupu, ümumiyyətlə ATƏT bu münaqişənin müharibəyə çevrilməsinin qarşısını ala bilmədi”

Politoloq: “ATƏT Ermənistana qarşı heç bir əməli addımlar atmır”
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun səyləri ilə dondurulması böyük nailiyyət hesab edilə bilməz. Millət vəkili Elman Nəsirov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, aprel döyüşləri bu düşüncə tərzinin yalnış olduğunu göstərdi.  

“Öyünməyə elə də ciddi bir əsas yoxdur. İstənilən vaxt münaqişə müharibəyə çevrilə bilər. Minsk Qrupu, ümumiyyətlə ATƏT bu münaqişənin müharibəyə çevrilməsinin qarşısını ala bilmədi” — millət vəkili vurğulayıb. Onun fikrincə, bir çox hallarda ATƏT işğalçı və işğala məruz qalan arasında bərabərlik işarəsi qoyur: “Bir çox hallarda ATƏT, münaqişənin həllinin fundamental məsələləri bir kənarda qalır, daha çox atəşkəsin pozulması, insidentlərin araşdırılması ilə bağlı mexanizmin yaradılmasından, Minsk Qrupunun müşahidəçilərinin sayının artmasından bəhs edir. Amma torpaqların işğal altında qalması və Ermənistanın bu işğala son qoymaması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirməməsi, yəni, beynəlxalq hüququn prinsiplərinə həqarətli yanaşması ilə bağlı ATƏT heç bir əməli addımlar atmır" — deyə politoloq vurğulayıb. 

Xəbər lenti
0