Hüquqşünas Ələsgər Məmmədli

Ekspert: “İnternet medianın tənzimlənməsi arzuolunan deyil”

71
(Yenilənib 11:31 03.02.2017)
Hüquqşünas: “Artıq İnternet KİV anlayışına əlavə olunub”

Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentdəki çıxışında bildirib ki, internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Millət vəkili eyni zamanda onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması məsələsinə də toxunub. Media məsələləri üzrə ekspert Ələsgər Məmmədlinin sözlərinə görə, əslində internet media dövlət tərəfindən hüquqi cəhətdən tənzimlənir: “İnternetin iki istiqaməti var: kommunikasiya və məzmun tərəfləri. Kommunikasiya baxımından qanunvericilik çərçivəsində intenetin ümumiyyətlə ölkəyə girişi, provayderlər və istifadəçilər arası münasibətlər, trafik və protokol məsələləri tənzimlənir”.

“Məzmum baxımından isə internet media, blogerlik və sosial şəbəkələrin məzmumları “KİV haqqında” Qanun çərçivəsinə daxildir. KİV anlayışına internet də əlavə olunub. Beləliklə, internet bir anlayış olaraq KİV hesab olunur. KİV-də olan bütün hüquqlar və məsuliyyət internet üzərində olan məzmumlara da şamil olunur” — deyə o bildirib.

71