ABŞ rus dilini öyrənir

© Photo : nahnews.orgAleksandr Afasov
Aleksandr Afasov - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: “Onlara vəziyyəti dərindən anlaya bilən insanlar lazımdır”

Aleksandr Asafov: “ABŞ Sovet İttifaqının süqutundan qalan aləti bərpa etmək istəyir”
ABŞ Dövlət Departamenti strateji dillərin öyrənilməsi üçün 10 milyon dollar pul xərcləmək niyyətindədir. Bu proqram gənclərə yönəlib. Altı yüz tələbə rus, ərəb, fars, türk və digər dilləri dərindən öyrənəcək. Politoloq Aleksandr Asafov deyir ki, onlara vəziyyəti dərindən anlaya bilən mütəxəssislər lazımdır: “Buna görə də, onlar Sovet İttifaqının süqutundan bəri kənarda qalan aləti çıxararaq bərpa etmək istəyirlər”.

“Biz görürük ki, onların ideoloji mütəxəssislərə ehtiyacı var. Rusiya haqqında sifarişlə yazılan bütün hesabatları nəzərdən keçirsək, biz onlara nə lazım olduğunu, nəyi araşdırdıqlarını və nə axtardıqlarını görə bilərik. Dili yaxşı bilən insanlar olmadan isə xüsusi xidmətlərin marağında olan bu tədqiqat işləri effektiv deyil və onlar Hollywood-un pis tərcümə edilmiş filmi kimi səslənir” — deyə o bildirib.

Xəbər lenti
0