Politoloq Tofiq Abbasov

Politoloq: “İslam Həmrəyliyi İli” digər dövlətlərə örnəkdir”

378
(Yenilənib 15:51 17.01.2017)
Tofiq Abbasov: “Azərbaycan İslam Birliyində öncül dövlətlər sırasındadır”

Tofiq Abbasov: “İslam həmrəyliyi özünü təstiq etməmiş anlayış deyil”
2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Politoloq Tofiq Abbasov deyir ki, bunun böyük səmərəsi olacaq:

“Azərbaycan beynəlxalq aləmdə öz yerini hər il daha da möhkəmləndirir. Azərbaycan İslam Birliyində artıq öncül dövlətlər sırasındadır. Bu da təsadüfi deyil: bir çox dövlətlər Azərbaycanın stabilləşdirici rolunu artıq dərk edirlər və onu layiqincə qiymətləndirirlər”.

“Bir çox insanlar, bir çox institutlar hesab edirlər ki, İslam həmrəyliyi özünü həyatda təstiq etməmiş bir anlayışdır, amma mən bununla razılaşa bilmərəm. Məsələn, Azərbaycanın Ermənistanla çox gərgin mübarizəsi var və biz görürük ki, bir çox islam dövlətləri — Pakistan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan Azərbaycana əməli dəstək verirlər və Azərbaycanın mövqelərini dəstəkləyirlər. Bunlar onu göstərir ki, İslam həmrəyliyi var və Azərbaycan gənc olmağına baxmayaraq bu birlik çərçivəsində praqmatik və funksional xətt yürüdür. Ona görə də Azərbaycan daxilində “İslam Həmrəyliyi İli”nin elan olunması digər müsəlman ölkələrinə bir örnəkdir və bunun böyük səmərəsi olacaq” — deyə o bildirib.

378

Ekspert: “Çimərliklərə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır”

61
(Yenilənib 09:47 05.08.2020)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq
Eyyub Hüseynov: “Operativ Qərargah çimərliklərə indi icazə verməklə doğru addım atıb”

Avqustun 5-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, sərt karantin dövründə hər gün çimərliklərin açılması ilə bağlı müraciətlər daxil olub:

“Düşünürəm ki, Operativ Qərargah çimərliklərə getmək üçün həmin vaxt deyil, indi icazə verməklə doğru addım atıb. Bəzi insanlar var ki, bütün il boyu çimərliklərdən istifadə edirlər. Xüsusən də, yeni qərarla bu prosesə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır. Qeyd etməliyik ki, vətəndaşlarımızın çimərlik mədəniyyəti aşağıdır. Çimərliklər vətəndaşlar tərəfindən müxtəlif yollarla çirkləndirilir. İnanıram ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

61
Kinorejissor Elxan Cəfərov

Kinorejissor: “Filmimizin beynəlxalq festivalda iştirakı böyük qələbədir”

5548
(Yenilənib 10:06 04.08.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, Azərbaycan kinosu haqqındakı lazımi qərarların həyata keçirilməsinə ehtiyac var
Elxan Cəfərov: “Biz belə filmlərin sayını artıra bilərik”

Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya beynəlxalq film festivalının “Qızıl şir” mükafatına iddialıdır.

Kinorejissor Elxan Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan filminin belə bir festivalda iştirakını alqışlayır və bu, böyük bir qələbədir: “Bu təkcə filmin yaradıcı heyətinin deyil, bütün xalqımızın qələbəsidir. Filmimizin belə bir festivalda iştirakı onun peşəkar səviyyədə hazırlanmasından xəbər verir. Biz belə filmlərin sayını artıra bilərik. Bunun üçün Azərbaycan kinosu haqqındakı lazımi qərarların həyata keçirilməsinə ehtiyac var”.

Qeyd edək ki, Venesiya beynəlxalq film festivalı hər il sentyabrın 2-dən 12-dək Lido adasında keçirilir.

Elxan Cəfərovun geniş şərhinə aduiofaylda qulaq asa bilərsiniz

5548
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

0
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

0