Politoloq: “Azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkündür”

© Sputnik / Murad OrujovЭльхан Шахиноглу, политолог, руководитель аналитического центра "Атлас"
Эльхан Шахиноглу, политолог, руководитель аналитического центра Атлас - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şahinoğlu: “Bunun üçün ədalətli sülh lazımdır”

Elxan Şahinoğlu: “Qazaxıstan və Belarus Ermənistanın müttəfiqləri sayılsalar da, bu sözdə belədir, əməldə isə onlar Azərbaycanın real müttəfiqidirlər”
Kollektiv Təhlükəsizlik Müvaqiləsi Təşkilatının oktyabrın 14-də İrəvanda keçirdiyi toplantı bu təşkilatın fəaliyyəti tarixində ən uğursuzu idi. Qazaxıstan prezidenti Nursultan Nazarbayev İrəvandakı toplantıda iştirak etmədi və rotasiya prinsipi üzrə təşkilata Ermənistan nümayəndəsini baş katib seçmək mümkün olmadı. Baş katibin seçilməsi təxirə salındı. Təşkilatın dekabrın 26-da Sankt-Peterburqda keçirilən zirvə toplantısında da baş katibi seçmək mümkün olmadı. Bu dəfə toplantıya Belarus prezidenti Aleksandr Lukaşenko qatılmadı.

Politoloq Elxan Şahinoğlu deyir ki, Ermənistan siyasətçiləri və eskpertləri açıq etiraf edirlər ki, Qazaxıstan və Belarus təşkilatda Ermənistanın müttəfiqləri sayılsalar da, bu sözdə belədir, əməldə isə həm Astana, həm də Minsk Azərbaycanın real müttəfiqidirlər və buna görə də Ermənistan vətəndaşının təşkilata baş katib seçilməsinə mane olurlar: “Bəli, bu belədir. İstisna deyil ki, aprel toplantısına da Qırğızıstan prezident qatılmasın və baş katibin seçilməsi yenə ləngisin”.

“Ermənistanın hazırki və keçmiş 3 vətəndaşı — Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və “Meridian” Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan Bakıya gələrək Qarabağ mövzusunda təşkil olunan konfransda iştirakları xüsusi əhəmiyyətə malik idi. Hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dedi. Onlar Dağlıq Qarabağın Azərbaycan tərkibində ən yüksək muxtariyyat statusuna razı olduqlarını dedilər. İkincisi, Bakıya gələn ermənilər Xocalı soyqırımı abidəsini ziyarət etdilər. Bu Ermənistan hərbi hissələrinin yerli separatçılarla birgə Azərbaycan ərazisində soyqırım törətməsinin etirafı idi. Üçüncüsü, Bakıdakı konfransda iştirak edən ermənilər prezident Serj Sərkisyanın Ermənistanı uçuruma apardıqlarını və bu şəxsin dövlət başçısı olduğu müddətdə ölkələrinin vəziyyətinin daha da ağırlaşacağını bildirdilər” — deyə Elxan Şahinoğlu bildirib.

Xəbər lenti
0