Vüqar Bayramlı: “Azərbaycanda yüksək iqtisadi artım gözlənilmir”

© Photo : Facebook / vugar.bayramov.7Вугар Байрамов
Вугар Байрамов - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: “İqtisadi artım neftin qiymətindən asılı olacaq”

Vüqar Bayramlı: “2017-ci ildə iqtisadi artıma nail olma imkanları var”
Dünya Bankının “Global Economic Prospects” adlı yanvar tədqiqatında deyilir ki, bu il Azərbaycanda iqtisadi artım 1,2% təşkil edəcək. Bu artımın səbəbi neftin qiymətinin artması və iqtisadi disbalansın azalmasıdır. Bankın proqnozlarına əsasən, 2018-ci ildə isə Azərbaycan iqtisadiyyatı 2,3% artacaq.

İqtisadçı-ekspert Vüqar Bayramlı deyir ki, Azərbaycanda iqtisadi artım neftin qiymətinin necə dəyişməsindən asılı olacaq: “Əgər neftin qiymətində artımlar olarsa, ölkə iqtisadiyyatında artımlarla bağlı proqnozara əməl edilməsi mümkün ola bilər. Lakin neftin qiyməti azalarsa, bu proqnozlara əməl edilməsi çətin olacaq”.  

“2017-ci ildə iqtisadi artıma nail olma imkanları var. Böyük ehtimalla iqtisadi artım bir faizə yaxın qeydə alınacaq. 2018-ci ildə isə iqtisadi artım birbaşa olaraq 2017-ci ildə həyata keçirilən islahatlardan asılı olacaq. Əgər 2017-ci ildə genişmiqyaslı islahatlar həyata keçirmək mümkün olacaqsa, 2018-ci ildə verilən proqnoza əməl etmək mümkün olacaq” — deyə o bildirib.

Xəbər lenti
0