Пресс-конференция руководителя аналитического центра Атлас Эльхана Шахиноглу, посвященная подведению итогов 2016 года с позиции урегулирования нагорно-карабахского конфликта

Ekspert: Obama 8 il ərzində Qarabağ münaqişəsinin həllinə maraq göstərmədi

81
Politoloq: Amerikanın Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirəcəyinə inanmıram

Elxan Şahinoğlu: 2016-cı il Qarabağ üçün çox fəal bir il olub
BAKI, 6 yan — Sputnik. “Atlas” Araşdırmalar Mərkəzinin 2015-ci ilin sonunda keçirdiyi sorğuda respondentlərin əksəriyyəti müharibənin başlaması ehtimalını yüksək qiymətləndirmişdilər. Mərkəz də müharibə ehtimalının yüksək olmasıyla bağlı proqnozlarında bu soruğunun nəticələrinə, aparılan effektsiz danışqlara və cəbhə bölgəsindəki gərgin vəziyyətə əsaslanırdı.

Mərkəzin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, 2016-cı ildə Qarabağla bağlı müxtəlif hadisələr baş verib:

“Bu il çox fəal il oldu. Burada müxtəlif oyunçular var: ABŞ, Rusiya, Türkiyə, təşkilatlar kimi isə Avropa Şurası Parlament Assambleyası və Avropa İttifaqı”.

“ABŞ dövlət katibi Con Kerri ölkəsinin 2016-cı il üçün xarici siyasət gündəliyini açıqlayarkən dedi ki, dondurulmuş münaqişələrin nizamlanmasına ehtiyacı var: “Biz dondurulmuş münaqişələrin həlli istiqamətində nə qədər çox irəliləyiş əldə etsək, o zaman İŞİD-ə qarşı daha effektiv və dayanıqlı mübarizə apararıq”. Buna baxmayaraq, Barak Obama administrasiyası il ərzində dondurulmuş münaqişələrin həlli üçün aktiv fəaliyyət göstərmədi. Ümumiyyətlə Barak Obama prezident olduğu 8 ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmədi. Halbuki, digər iki həmsədr dövlət – Rusiya və Fransa prezidentləri bir neçə dəfə münaqişənin həlli ilə bağlı açıqlama verdilər, vasitəçilik mexanizmlərini işə saldılar və bölgəyə səfərlər etdilər”, — deyə o bildirib.

81

Ekspert: “Valideynlər bəzi tövsiyələri yerinə yetirsələr, yaxşı olar”

24
Təhsil ekpserti Kamran Əsədov deyir ki, məsafədən təhsil formasında təhsilin əlçatanlığı və müəyyən bilik-bacarıqların aşılanması baxımından problemlər var
Kamran Əsədov: “Şagirdlər birdən-birə adaptasiya ola bilməyəcəklər”

Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində fevralın 1-dən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili təmin ediləcək.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, fevralın 1-dən məktəblərin yenidən açılması sevindiricidir:

“Çünki artıq 4 aya yaxındır, şagirdlərimiz məsafədən təhsil prosesinin iştirakçısıdırlar. Etiraf etmək lazımdır ki, bu cür təhsil formasında təhsilin əlçatanlığı və müəyyən bilik-bacarıqların aşılanması baxımından problemlər var. Şagirdlər uzun müddətdir ki, təhsildən kənarda qalıblar və onlar birdən-birə adaptasiya ola bilməyəcəklər. Bu baxımdan valideynlər bəzi tövsiyələri yerinə yetirsələr, yaxşı olar”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

24
Professor Çingiz İsmayılov

Professor: "Polietilen paketlərlə bağlı xarici ölkələrin təcrübəsinin tətbiqi düzgün olar"

16
(Yenilənib 09:57 25.01.2021)
Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov deyir ki, inkişaf etmiş ölkələrdə ticarət mərkəzləri polietilen əvəzinə kağız paketlərlə təmin edilir
Çingiz İsmayılov: “Polietilen paketləri ləğv edərkən, əvəzedicisini də düşünmək lazım idi”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda qalınlığı 15 mikrondan çox olan polietilen paketlərin alıcılara ödənişli təqdim olunması ilə bağlı təkliflər hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırılaraq hökumətə təqdim olunduğunu bildirib.

Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyir ki, polietilen paketlərin ləğv edilməsi ilə bağlı qərar verərkən onu nə ilə əvəz etməklə bağlı da düşünmək lazımdır:

“İnkişaf etmiş ölkələrdə ticarət mərkəzləri polietilen əvəzinə kağız paketlərlə təmin edilir. Bunun bizim ölkəmizdə də tətbiq edilməsi düzgün olardı. Çünki Balaxanıda yerləşən tullantıların emalı müəssisəsi belə kağız paketləri təkrar emal etmək imkanına sahibdir. Əgər bu məsələ həll olunubsa, bu çox təqdirəlayiq addımdır. Amma əksi olduğu təqdirdə problemlər yaradacaqdır”.

Qeyd edək ki, yanvarın 1-dən çox nazik, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsinə qadağa qoyulub.

Çingiz İsmayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0