Aztəminatlı ailələr hansı şərtlərlə mənzil ala biləcəklər?

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: 1800-dən artıq mənzilin inşası nəzərdə tutulub

Ramil Osmanlı: Gələcəkdə digər kateqoriyalar da sosial mənzil ala biləcəklər
Dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarətdir. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq. İnşa olunacaq mənzillərin vətəndaşlar tərəfindən alınması prosesində səffaflığın təmin edilməsinə xüsusi diqqət göstəriləcək. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” elektron sistemi yaradılacaq. Sistem 2017-ci il mayın 1-dən etibarən fəaliyyətə başlayacaq.

“Əmlak Ekspert Mərkəzi”nin direktoru Ramil Osmanlı deyir ki, aztəminatlı ailələr bu layihədən hələ ki yayarlana bilməyəcəklər: “Artıq şərtlər açıqlanıb. Bizim hələlik gəldiyimiz qənaət ondan ibarətdir ki, aztəminatlı ailələr, çox təəssüflər olsun ki, bu layihədən indiki şərtlər daxilində yararlanmaq imkanında deyillər”.

“Biz çox istəyərdik ki, bu layihədən faydalana biləcək qruplar arasında az təminatlı, yəni mənzilə ehtiyyacı olan, mənzil-məişət şəraiti yaxşı olmayan, çox ağır şəraitdə yaşayan ailələr də yararlana bilsinlər. Amma hələlik indiki şərtlər daxilində bu mümkün olmayacaq. Hesab edirik ki, gələcəkdə, müzakirələr aparıldıqdan sonra həmin kateqoriyalar da bu siyahıya əlavə olunacaqlar”, — deyə o bildirib.

Xəbər lenti
0