Elxan Şahinoğlu, politoloq

Elxan Şahinoğlu: Sarkisyan yenidən Ermənistanı idarə etməyə çalışacaq

128
(Yenilənib 11:35 26.12.2016)
Elxan Şahinoğlu: 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dəyişiklik olmayacaq

Politoloq: Mən o optimizmi elə o zaman da bölüşmürdüm
Politoloq Elxan Şahinoğlu deyir ki, gələn ildə Qarabağla bağlı vəziyyət ciddi dəyişməyəcək: “Aprel ayındakı hərbi toqquşmalardan sonra Azərbaycan cəmiyyətinin və siyasi ekspertlərin bir hissəsində belə bir optimizm vardı ki, böyük dövlətlər, o cümlədən Rusiya, Ermənistan hakimiyyətinə təsir etsin. Mən o optimizmi elə o zaman da bölüşmürdüm. Çox təəssüf ki, ümidlər bəslənilən Vyana və Sankt-Peterburq görüşləri də nəticəsiz qaldı. Ardınca həmsədrlərin bura səfərləri də bir rol oynamadı”.

“Gələn il də Qarabağla bağlı vəziyyət ciddi dəyişməyəcək, çünki Ermənistandakı son dəyişiklərə baxsaq görərik ki, orada da konstitusiya dəyişiklikləri olub və indi əsas funksiya prezidentdə deyil, parlametdə olacaq. Aprel ayında orada parlament seçkiləri keçiriləcək. Serj Sarkisyan çalışacaq ki, partiyası müxtəlif vasitələrlə qələbəni təmin etsin və özü baş nazir olsun. Baş nazir olmasa belə, hökumət onun nəzarəti altında olsun və beləcə yenə Ermənistanı idarə etsinlər. Nə qədər ki Ermənistanda hakimiyyətə separatçılar nəzarət edirlər, mən Dağlıq Qarabağ münaqişəsinin masa arxasında həllində irəliləyiş gözləmirəm”, — deyə o bildirib.

128
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

10
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

22
(Yenilənib 09:56 03.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir
İlqar Vəlizadə: “Bu dəhliz Naxçıvanın inkişafına müsbət təsir edəcək”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması çox vacibdir:

“Bu nəqliyyat qovşağı bir neçə ölkə üçün əlverişli imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir. Dəhlizin açılması təbii ki, illərdir blokada şəraitində yaşayan Naxçıvanın inkişafına müsbət təsir edəcək. Bununla Naxçıvanın regionda payı əhəmiyyətli dərəcədə artacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

22
Qırmızı Xaç Komitəsinin avtomobilləri, arxiv şəkli

Azərbaycanla Ermənistan əsirlərin dəyişdirilməsi barədə razılığa gəlirlər

10
(Yenilənib 20:16 04.12.2020)
Dekabrın 2-si Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşü zamanı bildirib ki, Ermənistan əsirlərin qaytarılması prosesində "hamının hamıya" prinsipini tətbiq etməyi təklif edib.

BAKI, 4 dekabr — Sputnik. Ermənistan və Azərbaycan əsir və itkin düşmüş hərbçilərin və mülki şəxslərin siyahılarını mübadilə edib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın aparatı məlumat yayıb.

Qeyd olunur ki, münaqişə tərəfləri şəxslərin qarşılıqlı qaytarılması məqsədilə vətəndaşların adları olan siyahıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə veriblər.

Xatırladaq ki, dekabrın 2-si Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşü zamanı bildirib ki, Ermənistan əsirlərin qaytarılması prosesində "hamının hamıya" prinsipini tətbiq etməyi təklif edib.

"Bundan əlavə, heç bir ilkin şərt olmadan yeni əsrlərin geri qaytarılması mexanizmi də təklif olunur", - deyə Avinyan qeyd edib.

O, həmçinin Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərqərar olmasına görə Rusiya tərəfinə təşəkkür edib.

Görüş zamanı tərəflər girovların qaytarılması, itkin düşənlərin axtarışı və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələləri də müzakirə ediblər.

10