Emin Musəvi

“ASAN Radio”nun direktoru: Biz gələcəyin media işçilərini yetişdiririk

135
(Yenilənib 17:08 22.12.2016)
Emin Musəvi: “ASAN Radio” ASAN Xidmət mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır

Emin Musəvi: İl ərzində kifayət qədər işlər görülüb
“ASAN Radio”nun direktoru Emin Musəvi Sputnik-ə bildirib ki, dekabrın 24-ü dövlət başçısı İlham Əliyevin tapşırığı ilə yaradılan radionun bir yaşı tamam olur:

“Ümumrespublika səviyyəsində FM dalğasında 13 radio stansiya fəaliyyət göstərir və onlardan biri də “ASAN Radio”dur. “ASAN Radio” ən gənc və yeni radiodur. Buna baxmayaraq, bu müddət ərzində kifayət qədər işlər görülüb. “ASAN Radio” ASAN Xidmət mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır və vətəndaşlarla bu qurumların arasındakı əlaqəni möhkəmləndirir. Əsas missiyamız maarifləndirməkdir, prioritet isə dövlət xidmətləri sahəsidir. Bununla yanaşı, müxtəlif istiqamətlərdə — sosial, elm, idman, mədəniyyət və digər sahələrdə maraqlı və dinləyicilər üçün faydalı olan verilişlər hazırlanır”.

135
Professor Anar İsgəndərov

Millət vəkili: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisləriyik”

8
Millət vəkili, tarix elmləri doktoru, professor Anar İskəndərov deyir ki, AXC-nin mövcud olduğu qısa zamanda bir çox ilklər gerçəkləşdirilib
Millət vəkili: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisləriyik”

“1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf tarixidir”. Bunu AXC-nin 100 illiyi ilə bağlı Sputnik Azərbaycan-a danışarkən millət vəkili, tarix elmləri doktoru, professor Anar İskəndərov deyib.

“AXC çox böyük dövlət olub. Bu dövlət az yaşasa da, Azərbaycan xalqını xalq edib. AXC-nin mövcud olduğu qısa zamanda bir çox ilklər gerçəkləşdirilib. Bütün bunlar onu göstərir ki, həqiqətən də biz 1918-20-ci illərdə mövcud olan dövlətin siyasi varisləriyik. Bu dövlət xalqımızın tarix boyu tolerant olduğunu göstərdi”.

Qeyd edək ki, bu gün Şərqin ilk demokratik müsəlman dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102 ili tamam olur.

Anar İskəndərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

8
Kamran Bayramov

Millət vəkilinin fikrincə, karantin qaydalarının pozumasına görə cəzalar sərtləşməlidir

24
Milli Məclisin deputatı Kamran Bayramov deyir ki, son günlərdə səsləndirilən rəqəmlər Azərbaycanda pandemiyanın ikinci dalğasınının olması ehtimalını ciddi şəkildə artırır
Kamran Bayramov: “Qanunvericilik çərçivəsində sərt addımların atılması zəruridir”

İnsanların kütləvi şəkildə toplaşdığı qapalı və açıq hava məkanlarında (ictimai nəqliyyat, ictimai iaşə və ticarət obyektləri, park və bulvarlar) karantin rejiminin tətbiqi ilə bağlı şərtlərə yenidən baxılmalı, əhali arasında sosial məsafə tələbi ən geniş şəkildə təbliğ olunmalı, tibbi maskalardan istifadə məcburiyyətə çevrilməli, bu qaydaların pozulmasına görə cəzalar sərtləşdirilməlidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, koronavirusun ölkəmizdə yayılması ilə bağlı hökumətin son günlərdə səsləndirdiyi rəqəmlər Azərbaycanda pandemiyanın ikinci dalğasının olması ehtimalını ciddi şəkildə artırır: “Əfsuslar olsun ki, karantin rejiminin yumşaldılmasını ölkəmizdə pandemiya təhlükəsinin tam səngiməsi, bu virusdan tam qurtulması kimi qəbul edənlər var və onların sayı da az deyil. Sosial şəbəkələrdə “koronavirus yoxdur”, “koronavirus siyasi-iqtisadi oyundur”, “koronavirus dövlətlərin vətəndaşlara qarşı repressiv tədbirlər görməsi üçün bəhanədir” kimi marazmatik açıqlamaları paylaşanlar da var. Onlar anlamırlar ki, bu cür fikir və bəyanatlar ictimaiyyətdə çaşqınlıq yaradır, aidiyyəti qurumlarımızın pandemiya ilə apardığı mübarizənin səmərəliliyinə təsir göstərir. Nəticədə bəzi insanlarımız belə yanlış fikirlərə inanaraq arxayınlaşır, sanitar-gigiyenik qaydalara məhəl qoymur, tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə etmirlər. Azərbaycan hakimiyyəti, dövlət qurumları və həkimlərin müstəsna əməyi nəticəsində koronavirusa yoluxma miqyasının maksimal dərəcədə məhdudlaşdırılmasına nail olunub. Lakin ölkədə pandemiyaya yoluxmaların sayının azaldılması və vəziyyətin nəzarətdə saxlanması üçün dövlət qurumları tərəfindən mövcud qanunvericilik çərçivəsində müvafiq sərt addımların atılması olduqca zəruridir”.

Kamran Bayramovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

24

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

0
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

0