Азер Аллахверанов, председатель общественного объединения Həyat (Жизнь)

Azər Allahverənov: Azərbaycan miqrantlarının 85 faizi Rusiyaya gedir

131
(Yenilənib 11:44 22.12.2016)
Ekspert: Bizim Rusiya ilə miqrasiya mübadiləmiz çox sıxdır

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, bir neçə parametrlərə görə biz Azərbaycanı miqrant ölkəsi adlandıra bilərik: “Ən azından, bu gün ölkə ərazisində 300 mindən artıq Ermənistandan qaçqın düşmüş soydaşlarımız və 700 mindən artıq Dağlıq Qarabağ və onun ətrafında olan yeddi rayondan məcburi köçkün düşmüş insanlar var ki, bu gün onlar Azərbaycanın müxtəlif yerlərində məskunlaşmışlar. Azərbaycanda çoxsaylı əcnəbi miqrantların da olduğunu nəzərə alsaq, bu gün Azərbaycanda təqribən 1 milyondan artıq miqrantın olduğunu görərik. Hər on nəfərdən biri miqrant hesab olunursa, Azərbaycanı artıq bir miqrant ölkəsi adlandıra bilərik”.

“Azərbaycanda 100 minə yaxın Gürcüstan vətəndaşı yaşayıb işləyir. Azərbaycana ümumi miqrant axınına görə isə birinci yerdə Rusiya dayanır. Bizim Rusiya ilə miqrasiya mübadiləmiz çox sıxdır. Azərbaycan miqrantlarının 85 faizi Rusiyaya gedir, bura gələn miqrantların isə 85 faizini rus miqrantlar təşkil edir. Rusiyadan sonra isə Gürcüstan, Türkiyə, Ukrayna və İran gəlir”, — deyə Azər Allahverənov bildirib.

131