Ekspert: 20%-lik xarici borc Azərbaycan iqtisadiyyatı üçün çox yüksəkdir

© Photo : Личный архив Эльшада МамедоваДоктор экономических наук, профессор UNEC Эльшад Мамедов
Доктор экономических наук, профессор UNEC Эльшад Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı: Hökumət xarici borcun əhəmiyyətli artımından qaçmalıdır

Elşad Məmmədov: Disbalans olduğu şəraitdə daha aşağı həddi tutmaq lazımdır
İqtisadçı-ekspert Elşad Məmmədov deyir ki, Azərbaycandakı mövcud makroiqtisadi vəziyyət əlavə maliyyə resurslarından istifadə etməyə məcbur edir: “Əgər maktoiqtisadi vəziyyət yetərincə balanslaşdırılıbsa və iqtisadi resurslar diversifikasiya olunubsa, ümumi daxili məhsulun 30-40% dəyərində xarici borc dövlət iqtisadiyyatı üçün kifayət qədər rahat və təhlükəsizdir. Lakin makroiqtisadi inkişafda disbalans olduğu şəraitdə daha aşağı həddi tutmaq lazımdır”.

“Mən hesab edirəm ki, 15-20%-lik xarici borc Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər yüksəkdir. Hökumət xarici borcun əhəmiyyətli artımından qaçmalı və mümkün qədər öz daxili resurslarına və ilk növbədə ölkənin Neft Fondundakı resurslara nəzər yetirməlidir”, — deyə o bildirib.

Xəbər lenti
0