Dövlət Gömrük Komitəsinin idarə rəisi İqbal Babayev

Gömrük Komitəsinin rəsmisi: Gömrükdə yeniliklər olacaq

355
(Yenilənib 11:37 29.11.2016)
İqbal Babayev: Azərbaycan öz gömrük sistemini yaradan yeganə dövlətdir

İqbal Babayev: Biz bu sahədə məsləhətçi bir dövlət kimi təmin olunmuşuq
Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyir ki, gömrük qarşısında müəyyən problemlər yaranıb: “Mal dövriyyəsinin yüksək səviyyədə artımı, texnolojı və biznes proseslərinin, eləcə də ticarət zəncirinin mürəkkəbləşməsi gömrük sistemində yeni layihələrin işlənməsini tələb edir. Gömrük qarşısında yaranan problemlər hansıdır? İlk növbədə, onu xidmət yönümlü gömrüyə keçirtmək lazımdır – nəzarətdən xidmətə keçmək. Bundan başqa, elektron gömrük sistemi yaradılmalıdır ki, məmur və vətəndaş arasındakı təmas minimuma ensin”.

“Dünyadakı əksəriyyət ölkələr Avropa İttifaqının sistemindən istifadə edirlər. Azərbaycan isə yeganə dövlətdir ki, özü öz sistemini yaradıb. Yəni biz heç bir yerdən öz sistemimizi almamışıq, hər şey öz alqoritmimiz və öz istehsalçımız tərəfindən edilib. Ona görə də biz regionda bu sahədə məsləhətçi bir dövlət kimi təmin olunmuşuq. Dünyada 2-3 belə sistem var ki, onun da biri Azərbaycandadır”,-deyə İqbal Babayev bildirib. 

355

Tərcüməçi məşhur qazax şairi Abayın dilimizə tərcümə olunan yeni kitabından danışır

5
(Yenilənib 14:14 27.11.2020)
Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədri Elxan Zal Qaraxan deyir ki, indiyə qədər qazax ədəbiyyatından Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları işıq üzü görüb
Elxan Zal Qaraxan: “Abay qazaxlar üçün böyük şairdir”

Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasında böyük qazax şairi Abay Kunanbayevin bütün şeirlərinin, poemalarının və "Qara sözləri”nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədri Elxan Zal Qaraxan Sputnik Azərbaycan-a deyir ki, müstəqillik dövründən bu yana  bir çox qazax ədəbiyyatı nümunələri fond tərəfindən tərcümə edilərək nəşr olunub:

“Qazax ədəbiyyatından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları işıq üzü görüb. Son olaraq isə qazax ədəbiyyatının klassiklərindən hesab olunan Abay Kunanbayevin yaradıcılığı qazax dilindən Azərbaycan dilinə tərcümə edilərək nəş edildi. Abay qazaxlar üçün böyük şairdir. Qazaxıstan yazılı ədəbiyyatında Abaya qədər elə böyük şair olmayıb”.

Elxan Zal Qaraxanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Vüsal Qasımlı

Vüsal Qasımlı post-konflikt quruculuğunun prioritetlərini açıqlayır

21
(Yenilənib 10:17 27.11.2020)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyir ki, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır
Vüsal Qasımlı: “Azad edilmiş ərazilərə sərmayə qoyuluşu ÜDM-in artımını sürətləndirəcək”

“Post-konflikt quruculuğu Azərbaycan Respublikasının ümumi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcəkdir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Post-konflikt quruculuğunun əsas istiqamətləri barədə suallara cavab verərkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

“Post-konflikt quruculuğu Azərbaycanda iqtisadi artımı tətikləyən amil kimi çıxış edəcəkdir. Azərbaycan bölgədə iqtisadi, siyasi və hərbi üstünlüyünü bundan sonra da daim möhkəmləndirəcəkdir. Dünya təcrübəsində post-konflikt dövründə büdcə resurslarının səfərbər olunması və yenidən prioritetləşdirilməsi müşahidə edilir. Azərbaycanda mövcud şəraitdə bu modeldən istifadə etmək daha məqsədəuyğun ola bilər.  Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ÜDM-in artımını sürətləndirəcəkdir” – deyə o bildirib.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0