İlham Zəkiyev: Rusiya idmançılarına dəstəyə görə bizə münasibət neqativ oldu

© Sputnik / Tarana KhudabakhshiyevaCüdoçu İlham Zəkiyev
Cüdoçu İlham Zəkiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya çempionu: Bizə qazanılmamış lisenziyalar lazım deyildi

İlham Zəkiyev: Rusiya idmançılarının çoxu medala namizədlər idilər
Rio-de-Janeyro Paralimpiadası ərəfəsində Rusiya paralimpiyaçıları lisenziyalardan məhrum edildilər. Azərbaycan yığması isə ona verilən Rusiya idmançılarının lisenziyalarını qəbul etməkdən imtina etdi.  İki dəfə Paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, əməkdar idman ustası İlham Zəkiyev deyir ki, bu səbəbdən hakimlər Azərbaycan yığmasına qarşı da haqsızlıq ediblər.

“Biz bir idmançı kimi həmişə siyasətin idmana qatmağın əleyihinə olmuşuq. Bizim komandaya üç lisenziya verildi, amma bizim komanda onlardan imtina etdi ki, bizə qazanılmamış lisenziyalar lazım deyil. Amma Rusiya idmançılarını dəstəklədiyimizə görə bizi orada da sıxdılar, onun fəsadlarını biz hiss etdik. Orada hakimlərin də bizə qarşı münasibətləri də bir az neqativ oldu: xallarımızı kəsirdilər, heç nədən xəbərdarlıq verirdilər və bunu özümüzə də eşitdirdilər.

Rusiya idmançılarının çoxu favoritlər idi, onlar medala namizədlər idilər”, — deyə o bildirib. Xatırladaq ki, Beynəlxalq Paralimpiya Komitəsi Rusiya yığmasını dopinq qalmaqalına görə Rio-2016 Paralimpiya Oyunlarında çıxışdan məhrum etmişdi. 

Xəbər lenti
0