Səhiyy­ə Na­zirliyi Elmi-Tədq­iqa­t Pediatriya İnsti­tu­tunun direktoru, baş pediatr Nəsib Quliyev

Pediator: Süni qidalar uşaqlarda ciddi fəsadlar yaradır

185
(Yenilənib 11:23 25.11.2016)
Nəsib Quliyev: Regionlarda 55% yaxın uşaq süni südlə qidalanır, şəhər yerlərində isə bu göstərici 48%-dir.

Azərbaycanda uşaqların yarıdan çoxu süni qidalarla böyüyürlər, Səhiyyə Nazirliyinin baş pediatoru Nəsib Quliyev belə deyir.

Onun sözlərinə görə ölkənin regionlarında bu göstərici bir qədər çoxdur. Regionlarda 55% yaxın uşaq süni südlə qidalanır, şəhər yerlərində isə bu göstərici 48%-dir.

"Müxtəlif süni qidalarla bəslənən uşaqlar arasında xəstələnmək və ölüm faizi ana südü ilə qidalananlarla müqayisədə daha yüksəkdir. Bundan pis nə ola bilər? Təsəvvür edin ki süni qida yeyən uşaqların ölüm göstəriciləri ana südü ilə qidalananlardan 3,9 – 4 dəfə çoxdur".  Bununla yanaşı həkim deyir ki, süni qida qəbul edən uşaqların müntəzəm diareya olma ehtimalı 17 dəfə çoxdur. 

185