Ведущий научный сотрудник отдела экономического анализа и вопросов глобализации Центра стратегических исследований (ЦСИ) при Президенте АР Гюльмира Рзаева

Ekspert: Trampın enerji siyasəti ABŞ-ın neft ixracını artıracaq

146
(Yenilənib 14:47 23.11.2016)
Gülmira Rzayeva: ABŞ-da böyük neft yatağının açılması xəbəri dünya neft qiymətlərinə təsir etməyəcək

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təqdiqatçısı Gülmira Rzayeva deyir ki, ABŞ administrasiyası neft ixracını artıraraq dünya neft qiymətlərinə təsir edə bilər: “Əgər ABŞ administrasiyası dünya neft qiymətlərinə təsir etmək istəyərsə, o, ixracatın həcmini artıra bilər və Obama, eləcə də ondan əvvəl olan administrasiyalar dövründəkindən daha artıq neft ixrac edə bilər”.

“Tramp ABŞ-ın ixracatını artırmaq istəyir. Bu məqsədlə o, neft, qaz və kömür sahələrini inkişaf etdirəcək. Trampın enerji siyasəti, yəqin ki, fərqli olacaq. İstisna deyil ki, qarşıdan gələn illərdə Amerika daha çox neft və qaz istehsal edib onu dünya bazarına ixrac etsin”, — deyə o bildirib.

146