Ekspert: Bakının kanalizasiya sistemini qısa vaxtda yenidən qurmaq mümkün deyil

Abunə olmaq
Vüqar Bayramov: Bakının kanalizasiya sisteminin yenidən qurulması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün, təxminən 5 il vaxt lazımdır.

Ekspert hesab edir ki, problemin aradan qaldırılması ilə bağlı mərhələli fəaliyyətin həyata keçirilməsinə ehtiyac var.
"Bakının bütün kanalizasiya sisteminin yenidən qurulması üçün tələb edilən məbləğ kifayət qədər böyükdür. Söhbət yüz milyonlarla dollar ilə ölçülən məbləğdən gedir. Söhbət yüz milyonlarla investisiyadan gedir. O baxımdan tələb edilən məbləğin də həcmi böyük olduğu üçün, işin mərhələli aparılacağı gözlənilir”.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, Bakının mövcud kanalizasiya sistemi yağış normasına uyğun deyil. Ekspert hesab edir ki, problemin aradan qaldırılması ilə bağlı mərhələli fəaliyyətin həyata keçirilməsinə ehtiyac var: "Qısa zamanda bunun reallaşması mümkün deyil. Məqsədəuyğundur ki, mərhələli şəkildə problemin həlli istiqamətində addımlar atılsın. İlk mərhələdə mərkəzi hissələrdə infrastrukturun yeniləşməsi və sağlamlaşdırılmanın həyata keçirilməsi və mərhələli şəkildə paytaxtda kanalizasiya sisteminin yenidən qurulmasına ehtiyac var". 

Xəbər lenti
0