Politoloq Fikrət Sadıxov

Fikrət Sadıxov: İlham Əliyev Sputnik-ə müsahibəsində çox mühüm məsələlərə toxunub

136
(Yenilənib 14:44 02.11.2016)
Politoloq: Türkiyə-Rusiya münasibətlərinin gərgin olması Azərbaycanın maraqlarına cavab vermirdi

Ekspert: Münasibətlərin bərpa olunması üçün Azərbaycan əlindən gələni edib
Politoloq Fikrət Sadıxov deyir ki, Prezident İlahm Əliyev “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində çox mühüm məsələlərə toxunub: “Bu məsələlər bir sıra həm xarici siyasət, həm daxildə və iqtisadiyyatda baş verən hadisələri təhlil edən məqamlardır. Burada həm Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi təhlil olunub, həm Yaxın Şərq ölkələrində baş verən hadisələrə toxunulub və bizim bu regiona münasibətimiz və kifayət qədər prinsipial yanaşmamız bildirilib”.

“Eyni zamanda, iqtisadi məsələlər, enerji layihələri və Rusiya-Türkiyə münasibətləri də müzakirə olunub. Bu konteksdə Azərbaycanın rolu və mövqeyi çox mühüm bir amildir. Biz bilirik ki, Türkiyə və Rusiyanın münasibətlərinin gərgin olması Azərbaycanın maraqlarına cavab vermirdi. Azərbaycan əlindən gələni etdi və vasitəçilik missiyasını da yerinə yetirdi ki, bu münasibətlər yenidən bərpa olunsun. Biz buna nail ola bildik”, — o bildirib.

136
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “Qarabağla bağlı yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir”

20
(Yenilənib 11:41 08.05.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir
Elxan Şahinoğlu: “Önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Qarabağla bağlı hansısa yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir: “Biz bu məsələni böyük ölçüdə həll etmişik. Ərdoğan və Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirirəm. Aydın olur ki, Rusiya gedən proseslər barədə davamlı şəkildə Türkiyəni məlumatlandırır. Rusiya anlayır ki, Türkiyə regional oyunçuya çevrilib. Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir. Fransa çox istəyərdi ki, Türkiyə Qarabağ ətrafında gedən proseslərdən kənarda qalsın. İndi önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

20
Teoloq hacı Adil Hüseynoğlu

Pandemiya İslam aləmində hansı fəsadlara yol açıb teoloq danışır

74
(Yenilənib 15:40 07.05.2021)
Teoloq Hacı Adil Hüseynoğlu deyir ki, bir çox hallarda müasir texnologiya, insanların iqtisadi durumunun yaxşılaşması arxayınlıq yaradır və inancın soyumasına gətirib çıxarır.
Hacı Adil Hüseynoğlu: “Pandemiyanın fəsadları İslam aləmindən də yan keçməyib”

“Pandemiya bütün dünya üçün olduğu kimi, İslam aləmi üçün də sınaq dövrüdür”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında teoloq Hacı Adil Hüseynoğlu deyib.

Teoloqun sözlərinə görə, müxtəlif dövrlərdə olduğu kimi Allah insanları pandemiya ilə sınağa çəkir: “Bu xəstəliklər insanların özünə qayıdışı üçün oyanış yaradır. Bir çox hallarda müasir texnologiya, insanların iqtisadi durumunun yaxşılaşması arxayınlıq yaradır və inancın soyumasına gətirib çıxarır. Pandemiya göstərdi ki, bütün texnologiyalar Allahın qüdrətinin qarşısında acizdir. Pandemiyanın fəsadları İslam aləmindən də yan keçməyib. Biz görürük ki, artıq kütləvi ibadət ənənələri uzun müddətdir ki, dayandırılıb. Bu da insanlar arasında öz mənfi təsirini qoyur”.

Hacı Adil Hüseynoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

74
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

0
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

0