Nadir İsrafilov

Ekspert: Bağçaları söküb yerində göydələnlər, şadlıq sarayları tikdilər

58
(Yenilənib 14:53 21.10.2016)
Nadir İsrafilov: "Bağça müdirləri valideynlərdən pul almaq məqsədi ilə, onlara rədd cavabı verirlər "

Təhsil eksperti Nadir İsrafilov
Azərbaycanda dövlət uşaq bağçalarının çatışmazlığı ciddi problemə çevrilib. Bəzi valideynlər maddi imkansızlıqdan uşaqlarını özəl bağçalara qoya bilmirlər.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bağça çatışmazlığı bu gün ölkənin təhsil sahəsində ən böyük problemlərdən birinə çevrilib.

Ekspert dövlət bağçalarının özəlləşdirilməsini yanlış addım hesab edir: "Özəlləşdirmə buna xidmət edirdi ki, təyinat dəyişməməliydi, uşaq bağçası kimi fəaliyyəti davam etdirməli idi. Amma nə oldu? Bağçalar alınaraq söküldü və əvəzində gözəllik salonları, göydələnlər, şadlıq sarayları tikildi".

58
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

10
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Politoloq Ramiyə Məmmədova

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək”

18
(Yenilənib 10:08 29.11.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmür
Ramiyə Məmmədova: “Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”

“ABŞ-ın yeni administrasiyasının hazırkı Prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümid edirik”. Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, yanvarda Bayden hakimiyyəti işə başlayacaq, ancaq bu günə qədər ABŞ hökumətinin İran siyasəti dəyişməz qalır:

“ABŞ geopolitik maraqlarını bütün maraqlarından öndə tutur. Ona görə də Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmürəm. ABŞ bu yaxınlarda İran sərhədlərinin yaxınlığına qırıcı təyyarələr göndərib. Bu o deməkdir ki, İranı hələ də ABŞ təhdidi gözləyir. Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

10
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

10